Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Qiymət artsa da: Qatar yenə tuneldə, sərnişinlər yolda qalır

Qiymət artsa da: Qatar yenə tuneldə, sərnişinlər yolda qalır

admin 20 Fevral 2026 5 minutes read
gq3zs6QkSKaltsEXZPmN4EygUdMoPAXpOOgYDqsy
PAYLAŞIN:

Ölkədə ictimai nəqliyyatla bağlı bir sıra addımlar atılmasına baxmayaraq, hələ də bu istiqamətdə bir sıra problemlər qalmaqdadır.

Bu gün paytaxtda metro stansiyasında baş verən prosesləri buna misal göstərmək olar. Belə ki, metronun “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə olub. Tüstülənmə səbəbindən bütün vaqon boşaldılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib, nəticədə sərnişinlər qatardan düşürülmüşdü.

Vurğulayaq ki, ötən ilin oktyabr ayının 1-dən nəqliyyatda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik müəyyənləşib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası yeni tarifləri onunla izah edirdi ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

Bildirilirdi ki, Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır:

“Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib.

Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır. Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb.

Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır”. 

Həmin dövrdən etibarən ictimai nəqliyyatda qiymət artımı olmasına baxmayaraq, keyfiyyətlə bağlı problemlər niyə tam olaraq öz həllini tapmır?

Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev  bildirib ki, bu gün metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq səbəbilə sərnişinlərin düşürülməsi “Nərimanov” stansiyasında isə qatarda tüstülənmə baş verməsi və vaqonun boşaldılması cəmiyyətdə haqlı narahatlıq yaradır:

 

“Bu narahatlıq xüsusilə nəqliyyatda qiymət artımının xidmət keyfiyyətinin yüksəldilməsi ilə izah edildiyi bir dövrdə daha da güclənir. Gediş haqqının 60 qəpiyə qalxması sərnişində təbii olaraq daha təhlükəsiz və problemsiz xidmət gözləntisi formalaşdırır.

Bu cür problemlərin yaranmasının əsas səbəbi qiymət artımı ilə texniki sistemlərin real vəziyyəti arasında birbaşa və dərhal əlaqənin olmamasıdır. Metro infrastrukturu uzun illər əvvəl qurulub və bir çox avadanlıq köhnəlib. Belə sistemlərdə modernləşmə birdən-birə yox, mərhələli şəkildə həyata keçirilir.

Əgər yenilənmə prosesi ləng gedirsə, tarif artsa belə, texniki nasazlıqların qarşısını dərhal almaq mümkün olmur. Digər mühüm amil texniki nəzarət və profilaktik baxışların səviyyəsidir. Çox vaxt problemlər qabaqlayıcı yoxlama ilə deyil, hadisə baş verəndən sonra üzə çıxır. 

Bundan əlavə, Bakı metrosunda xüsusilə gur saatlarda sərnişin sıxlığı normadan artıqdır. Bu da qatarların və texniki sistemlərin üzərinə əlavə yük yaradır və nasazlıq riskini artırır. Qiymət artımı özlüyündə problem deyil. 

Problem odur ki, artımın nəticəsi sərnişin üçün gündəlik təhlükəsizlik və fasiləsiz hərəkət şəklində hiss olunmur. Bu gün baş verən hadisələr göstərir ki, əsas ehtiyac real texniki yenilənmə sistemli audit və artan vəsaitin hara, necə xərcləndiyinin cəmiyyət üçün aydın olmasıdır”.(Cebheinfo)

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanın 9 vətəndaşı Almaniyadan geri qəbul edilib
Next: Zahid Oruc: “Nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz?”

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.