Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda

Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda

admin 20 Fevral 2026 4 minutes read
c85fac63ce5f7ebd09a54de8449ec424
PAYLAŞIN:

Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma yeni və dajha kəskin mərhələyə adlayıb. Katolikos II Qareginə qarşı az öncə cinayət işinin açılması və onun ölkədən çıxışına qadağa qoyulması baş revanşist daxil, radikal düşərgəni az qala, cin atına mindirib.

Cinayət işi açılıbsa, demək ki, o, hər an həbsə də salına bilər. Ancaq istisna deyil ki, baş nazir Nikol Paşinyan bunu qarşıdakı parlament seçkiləri və yeni konstitusiyanın qəbulundan sonraya saxlasın. Təzə konstitusiyada isə Eçmiədzinə ölkə ictimai-siyasi həyatına müdaxilə hüququ verən əvvəlki imtiyazlar tanınmayacaq.

Artıq bunun anonsu da verilib. Yəni Paşinyan əslində, həm də erməni qriqoryan kilsəsinin toplumdakı konstitusiya dayaqlarını dağıtmaq istəyir. Böyük ehtimalla, buna nail da olacaq. Seçki və uğurlu referendumdan sonra isə əli güclənən Paşinyan dini zümrə daxil, “müharibə partiyası”na qarşı son həmləyə qərar verəcək…

Şübhəsiz ki, Ermənistan hakimiyyətinin bu yöndə fəaliyyəti Azərbaycanın maraqlarına cavab verir. Daha bir səbəbə: II Qaregin və digər radikal-revanşist ünsürlər bilavasitə Moskvaya bağlı “proksi” qüvvələrdir. Qonşu Azərbaycan və Türkiyə ilə barışığı yaxına buraxmayan, cəmiyyətdə Türkə nifrətin səngiməsini istəməyən destruktiv təbəqədir.

Təsadüfi deyil ki, baş katolikosun qardaşının tutuqlanmasının bir motivi də onun Rusiya ilə casusluq əlaqələri ilə bağlıdır. Sözsüz ki, katolikos da rusun adamı və agentidir. Bu da təəccüblü deyil ki, kilsəyə hücumdan ən çox hiddətlənənlər arasında Rusiya və onun rəsmiləri, zatulinlər, solovyovlıar öndə gəlir. Sevinənlərin çevrəsi və ünvanı da aşağı-yuxarı bəlli…

“Təsadüfi deyil ki, bütün Azərbaycan mətbuatı iki-üç gündür ki, bu mövzunu xüsusi sevinc və həvəslə müzakirə edir. Bu, bütün Bakı mediasının əsas mövzusudur. Hərəkətlərinizin kimi sevindirdiyini deyin, mən də sizə kim və ya nə olduğunuzu deyim”.

Sitat radikal mövqeyi ilə tanınan “Past” erməni qəzetindəki məqaləsindədir.

Terror yuvası və insanlıq düşməni olan, humanizm prinsiplərinə heç bir dəxli olmayan erməni kilsəsinin, onun başçısının sıxışdırlmasına Azərbaycanda niyə sevinməsinlər ki?..

Rusiya nəşr “Nezavisimaya Qazeta”nın (NG) bu xüsusda yazdığı və irəli sürdüyü versiya da diqqət çəkir. NG-ya görə, Paşinyanın katolikosa hücumuna ABŞ vitse-prezidenti Ceymns Di Vensin İrəvan səfəri səbəb olub.

“Vaşinqtonla İrəvan arasında strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı cəsarətli çıxışlarına baxmayaraq, səfər Qarabağ ermənilərinin “erməni xristian girovlarını azad edin” şüarları ilə etiraz aksiyası fonunda baş tutub. Bundan əlavə, hazırda həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan məktubunu Xristian Həmrəyliyi Beynəlxalq Təşkilatının (XHİ) vasitəçiləri vasitəsilə Vensə çatdırmağı bacarıb. Vensin administrasiyası məktubun alındığını təsdiqləyib, lakin heç bir şərh verməyib”, – qəzet məyusluqla qeyd edib.

Nəşr ardınca Paşinyanın ona sadiq ruhanilərin köməyi ilə alternativ katolikos seçkilər keçirə biləcəyini narahatlıqla vurğulayıb: “Türkiyə mediası hətta potensial namizədin adını da çəkib: Konstantinopolun (İstanbul – red.) erməni patriarxı II Sahak Maşalyan”.

Maşalyan Bakı və Ankara ilə sülh tərəfdarı olan mötədil din xadimi kimi tanınır. Sülh əleyhdarlarının çevrəsi və ünvanları da çoxdan məlum. Başda Rusiya olmaqla…

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rumıniyadakı səfirimiz danışdı: diplomatiyada görünən və görünməyən tərəflər
Next: DİQQƏT: Bu hərbi qulluqçulara pensiya veriləcək

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.