Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Xaricdən gətirilən telefonların digər smartfonlardan fərqi nədir? – AÇIQLAMA
CƏMİYYƏTMANŞET

Xaricdən gətirilən telefonların digər smartfonlardan fərqi nədir? – AÇIQLAMA

19 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Ötən il Azərbaycana xaricdən 457,3 milyon ABŞ dolları dəyərində 1 milyon 344 min 329 ədəd smartfon gətirilib.

Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 4 % çox, kəmiyyət baxımından isə 11 % azdır.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov “Paraqraf.com”a bildirib ki, ötən ilin statistikası Azərbaycana gətirilən smartfonların sayında azalma olsa da, ümumi dəyərin artdığını göstərir. Onun sözlərinə görə, bu, istehlakçıların daha keyfiyyətli, bahalı və funksional cihazlara üstünlük verdiyini sübut edir:

Elvin Abbasov: “Azərbaycanda internetin illik sürəti 90 % artıb”

“Müasir smartfonların ənənəvi telefonlardan əsas üstünlüyü onların sadəcə rabitə vasitəsi deyil, eyni zamanda yüksək sürətli internetə çıxış, süni intellekt dəstəkli kameralar və “myGov” kimi dövlət xidmətlərinə birbaşa qoşulma imkanı verən portativ kompüter rolunu oynamasıdır.

Lakin bu cihazlar yüksək performans və rəqəmsal rahatlıq təklif etsə də, mürəkkəb proqram təminatına görə kiberhücumlara qarşı daha həssasdır. Böyük sensor ekranlarına görə fiziki zədələrə daha meyilli olurlar.

Eyni zamanda, geniş funksionallıq batareya ömrünün ənənəvi telefonlarla müqayisədə daha qısa olmasına və istifadəçilərdə rəqəmsal asılılığın formalaşmasına səbəb ola bilər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qalatasaray” 5 qol atdı, “Juventus” sarsıldı – Ekspertdən şərh

Next

MCP-də QANVERMƏ aksiyası: Talassemiyalı xəstələrə DƏSTƏK – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved