Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanında İtaliya təmsilçisi “Yuventus”u ağır məğlubiyyətə uğradıb.
“RAMS Park”da baş tutan görüş “Cimbom”un 5:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
İdman jurnalisti Orxan Sübhan “Paraqraf.com”a açıqlamasında bildirib ki, “Qalatasaray”ın qələbəsi türklər kimi bizləri də sevindirdi:

“Qalatasaray”ın “Yuventus”a qalib gəlməsinin səbəbi əzmkarlıqlarının sayəsində oldu. “Qalatasaray” ev oyunlarında gözlənilməz nəticələr əldə edir. Lakin demək olmur ki, bundan sonra da uğurlu nəticələr olar. “Qalatasaray” necə ki, “Liverpul”u məğlub etmişdi, indi də “Yuventus”a qalib gəldi. Səfər oyununda hansı nəticə qeydə alacaq, mərhələni keçə biləcəyini və ya bilməyəcəyini isə zaman göstərəcək. Ümid edirəm ki, bir gün “Qalatasaray”la “Qarabağ” irəliləyərlər. Növbəti mərhələlərdə isə üz-üzə gələrlər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
