Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/MCP-də QANVERMƏ aksiyası: Talassemiyalı xəstələrə DƏSTƏK – FOTOLAR
CƏMİYYƏT

MCP-də QANVERMƏ aksiyası: Talassemiyalı xəstələrə DƏSTƏK – FOTOLAR

19 Fevral 2026 4 Min Read
PAYLAŞIN:

Milli Cəbhə Partiyasının (MCP) təşkilatçılığı ilə partiya qərargahında Ramazan ayının gəlişi ilə əlaqədar, “Talessimiyasız Həyat Naminə” şüarı altında talassemiya xəstələrinə dəstək məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Paraqraf.com xəbər verir ki, aksiyada partiya rəhbərliyi və üzvləri, eləcə də ictimai xadimlər, media nümayəndələri də fəal iştirak ediblər. Tədbirin əsas qayəsi cəmiyyətdə yardımlaşma mədəniyyətini gücləndirmək və müntəzəm qan köçürülməsinə ehtiyacı olan vətəndaşlarımıza həyat ümidi bəxş etmək olub.

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev, hər kəsi belə humanist aksiyalarda iştiraka çağıraraq vurğulayıb ki, hər bir donor bir insan həyatının xilaskarıdır:

“Milli Cəbhə Partiyası tərəfindən təşkil edilən bu qanvermə aksiyası talassemiyadan əziyyət çəkən vətəndaşlarımızın sağlamlığına qovuşması üçün atılan mühüm və alicənab bir addımdır. Hər bir donorun verdiyi qan, bir insan həyatını xilas etmək və cəmiyyətimizdə həmrəylik ruhunu gücləndirmək deməkdir. Hər kəsi bu nəcib missiyada fəal olmağa səsləyirik.”

Millət vəkili aksiyanın təşkilinə verdikləri dəstəyə görə Səhiyyə Nazirliyinə və Mərkəzi Qan Bankına, eləcə də proses zamanı fədakarlıqla çalışan tibb heyətinə nümayiş etdirdikləri yüksək peşəkarlığa görə dərin minnətdarlığını ifadə edib.

MCP-nin başqan müavini Ehtiram Mehtiyev bildirib ki, bu cür sosial layihələrdə fəal iştirakı təqdirəlayiq haldır:

“Bu, siyasi fəaliyyətlə yanaşı, vətəndaşlıq borcu və mənəvi dəyərlərin ön plana çəkilməsinin göstəricisidir”.

MCP-nin başqan müavini Tural İrfan isə qeyd edib ki, xüsusilə talassemiya kimi ciddi xəstəliklərlə mübarizədə qan ehtiyatının davamlılığı həyati əhəmiyyət kəsb edir:

“Hər bir sağlam fərdi donor olmağa, cəmiyyətin sağalmasına və minlərlə insanın həyata tutunmasına vəsilə olmağa çağırırıq”.

Qeyd edək ki, tədbirdə ictimai-siyasi xadim, ‘Azərbaycan Həmrəylik Komitəsi’ İctimai Birliyinin sədri Əlisahib Hüseynov, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, ‘Atributinfo.az’ saytının rəhbəri Bəradər Xanəliyev və ‘Cəbhə.info’ portalının əməkdaşı Nigar Abdullayeva da iştirak ediblər.

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xaricdən gətirilən telefonların digər smartfonlardan fərqi nədir? – AÇIQLAMA

Next

“ABŞ–Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir” – ŞƏRH

Copyright 2026— Praqraf.com. All rights reserved