Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/DİN-dən uşaqlarla bağlı vacib ÇAĞIRIŞ
MANŞET

DİN-dən uşaqlarla bağlı vacib ÇAĞIRIŞ

19 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Paraqraf.com-a bildirilib ki, uşaq təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin gələcəyidir. Valideyn məsuliyyəti isə sadəcə hüquqi öhdəlik deyil, həm də mənəvi vəzifədir.

Qanunvericiliyə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər azyaşlıların sağlamlığına və davranışına nəzarət etməlidirlər. Bu məsələ yalnız qanunla məhdudlaşmır. Uşağın nəzarətsiz qalması onun fiziki təhlükə, zərərli mühit, aqressiv təsirlər və cinayət riskləri ilə üzləşməsinə səbəb ola bilər. Bu isə artıq təkcə ailə problemi deyil ictimai təhlükədir. Müasir dövrdə təhlükə yalnız küçədə deyil. Sosial şəbəkələr, rəqəmsal mühit və mənfi təsir qrupları valideyn diqqətini daha da vacib edir.

Polis əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə uşaqların hüquqlarının qorunması istiqamətində maarifləndirici və profilaktik tədbirlər həyata keçirir. Məqsəd cəzalandırmaq deyil, qorumaqdır. İzahedici söhbətlər, tövsiyələr və preventiv yanaşma təhlükənin qarşısını əvvəlcədən almağa xidmət edir. Valideyn məsuliyyəti hüquqi norma olmaqla yanaşı, vətəndaşlıq borcudur.

Ona görə də övladınızın harada, kimlə və necə vaxt keçirdiyini bilin, onların rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət edin, davranış dəyişikliklərinə biganə qalmayın, məktəb və ictimai mühitlə əlaqəni gücləndirin, laqeyd yanaşmayın. Gəlin, uşaqları aqressiv təsir yaradan hallardan birgə qoruyaq. Unutmayaq ki, bu gün göstərilən diqqət sabahın sağlam və güvənli vətəndaşını formalaşdırır.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bu tarixdə bütün pensiyalar tam ödəniləcək və indeksləşdiriləcək

Next

İki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved