Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“ABŞ–Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir” – ŞƏRH
MANŞETSİYASƏT

“ABŞ–Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir” – ŞƏRH

19 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trumpın dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.

Fevralın 18-də dövlət başçısı Vaşinqtonda American Israel Public Affairs Committee (AIPAC) təşkilatının icraçı direktoru Elliot Brandt və digər rəhbər heyətlə görüşüb.

Siyasi şərhçi Elmir Səftərov “Paraqraf.com”a açıqlamasında bildirib ki, Bayden administrasiyası dövrü ilə müqayisədə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycan–ABŞ münasibətlərində siyasi canlanma müşahidə olunur:

Elmir Səftərov: Azərbaycanın Ermənistanı əzici məğlubiyyətə uğratması böyük  güclərin planlarını pozdu- ÖZƏL

“İkitərəfli dialoq daha da fəallaşıb, əlaqələr yeni mərhələyə qədəm qoyub və əməkdaşlıq daha sistemli xarakter alıb. Hazırda ölkələr arasında münasibətlər bir neçə mühüm istiqamətdə inkişaf edir: siyasi və diplomatik əməkdaşlıq, strateji tərəfdaşlıq, regional və sülh təşəbbüsləri, nəqliyyat və kommunikasiya məsələləri, eləcə də multikultural dialoq. Siyasi və diplomatik əlaqələr regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. ABŞ və Azərbaycan arasında aparılan dialoq regional sülh təşəbbüslərinin irəlilədilməsinə, terrorizm və transmilli təhdidlərə qarşı birgə mübarizəyə töhfə verir”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ–Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir:

“Azərbaycanın Xəzər hövzəsindəki enerji resursları və Avropanın enerji təhlükəsizliyində oynadığı rol ABŞ ilə əməkdaşlıq çərçivəsində daha da güclənir. Bu tərəfdaşlıq qlobal enerji bazarlarında sabitliyin qorunmasına xidmət edir. Eyni zamanda, ABŞ investisiyalarının Azərbaycana cəlb olunması mühüm istiqamətlərdən biridir. Xüsusilə son illərdə prioritet sahələrdən sayılan süni intellekt və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq yeni imkanlar yaradır və iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait formalaşdırır.

Azərbaycan–ABŞ münasibətləri hazırda siyasi, iqtisadi və strateji baxımdan yüksələn xətt üzrə inkişaf edir və regionun sabitliyi ilə yanaşı, qlobal əməkdaşlıq proseslərinə də müsbət təsir göstərir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

MCP-də QANVERMƏ aksiyası: Talassemiyalı xəstələrə DƏSTƏK – FOTOLAR

Next

Kliniki Tibbi Mərkəzdə qadın doğuşdan sonra öldü

Copyright 2026— Praqraf.com. All rights reserved