Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri mühüm nəticələrlə yadda qaldı – RƏY
SİYASƏT

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri mühüm nəticələrlə yadda qaldı – RƏY

18 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində keçirilən görüşlər, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası, eləcə də mətbuata verilən bəyanatlar Azərbaycan-Serbiya münasibətlərinin müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişləndirildiyini bir daha nümayiş etdirdi.

Rəsmi görüşlər zamanı tərəflər siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsinin vacibliyini qeyd edərək, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi barədə fikir mübadiləsi apardılar. İqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və biznes mühitinin inkişafı əsas müzakirə mövzuları sırasında yer aldı.

Bunu AZƏRTAC-a açıqlamasında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyini sədri Tural Nurməmmədov deyib.

O enerji sahəsində əməkdaşlıq perspektivlərinin xüsusi diqqət mərkəzində olduğunu bildirib və qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, bu istiqamətdə Serbiya ilə tərəfdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib: “Eyni zamanda, nəqliyyat-logistika sahəsində əməkdaşlıq, regional bağlantıların inkişafı və beynəlxalq layihələrdə birgə iştirak məsələləri də müzakirə edilib.

Mətbuata verilən bəyanatlarda dövlət başçıları Azərbaycan və Serbiya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını qeyd etdilər, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin vacibliyini vurğuladılar. Humanitar və mədəni əlaqələrin inkişafı, xalqlar arasında təmasların genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi bildirildi.

Ümumilikdə, Prezident İlham Əliyevin səfəri Azərbaycan Serbiya əlaqələrinin möhkəmləndirilməsi, strateji tərəfdaşlığın yeni mərhələyə keçidi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli nəticələrlə yadda qaldı”, – deyə QHT rəhbəri əlavə edib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Misir Mərdanovdən Nəriman Həsənzadəyə təbrik paylaşımı – FOTOLAR

Next

Qərbi Azərbaycan İcmasında Keşkənd və Paşalı Rayon İcmaları ilə geniş tərkibli görüş keçirilib – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved