Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Bakıda C6 əməkdaşlığının gələcəyi müzakirə olunub
SİYASƏT

Bakıda C6 əməkdaşlığının gələcəyi müzakirə olunub

18 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi” adlı beynəlxalq konfransda C6 əməkdaşlığının gələcəyi müzakirə olunub.

Paraqraf.com xəbər verir ki, “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi” adlı paneldə C6 üçün formal institutlar, regional dialoqun institusionallaşdırılmasında beyin mərkəzlərinin rolu, C6 ölkə mövqelərinin beynəlxalq platformalarda əlaqələndirilməsi müzakirə olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev qeyd edib ki, gələcəkdə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı üçün C6 formatında geniş imkanlar var:

“Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ortaq tək bir geosiyasi kimlik formalaşıb. Bu da təbii prosesdir. Son 30 ildə regionda baş verən geosiyasi hadisələri əməkdaşlığın inkişafını daha da zəruri etdi”.

Qırğızıstan Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun Analitika və Koordinasiya şöbəsinin baş eksperti Temirlan Razbayevin sözlərinə görə, Mərkəzi Asiya ölkələri üçün regional birlik önəmlidir:

“Mərkəzi Asiya ölkələrinin müstəqil beynəlxalq məsələlərdə rolu güclənir. Beyin mərkəzlərinin C6-da vahid platforması yaradılmalıdır. Regionla illik hesabatlar hazırlaya, beynəlxalq arenada koordinasiya yarada bilərik”.

Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Sanat Kuşkumbayev Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulmasına (C6 formatı) diqqət çəkib:

“Azərbaycanın bu formata qoşulması regionun potensialını keyfiyyətcə genişləndirir və əməkdaşlığa yeni strateji ölçü qatır”.

Qazaxıstan Prezidenti yanında Milli Qurultayın üzvü Talqat Əliyev hazırda dünyada beyin mərkəzlərinə ehtiyac olduğunu diqqətə çatdırıb.

O, Mərkəzi Asiya ölkələri arasında əlaqələrin daha da inkişafına, hərbi və sənaye sahəsində birgə işlərin görülməsinə diqqət çəkib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq

Next

Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved