Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Bakıda ABŞ-də yaşayan azərbaycanlı rəssam Vüqar Quliyevin fərdi sərgisi açılacaq
MƏDƏNİYYƏT

Bakıda ABŞ-də yaşayan azərbaycanlı rəssam Vüqar Quliyevin fərdi sərgisi açılacaq

18 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Bakının mərkəzində yerləşən “Nine Senses” incəsənət mərkəzində ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Vüqar Quliyevin “Dönüş nöqtəsi” adlı fərdi sərgisi açılacaq.

Paraqraf.com xəbər verir ki, fevralın 21-i saat 20.00-da açılışı olacaq sərginin kuratoru Sofiya Frankdır.

Kuratorun sözlərinə görə, son illər narahatlıq və sarsıntılar dövrü olub:

“Dünya münaqişələr dalğası ilə üz-üzə qalıb – Qarabağdan Ukraynaya, Qəzza zolağından Kəşmirə, Kosovodan Tayvana qədər. Afrika ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya – zorakılığın coğrafiyası sürətlə genişlənir. “Üçüncü dünya müharibəsi” ifadəsi getdikcə daha çox səslənir və müharibə yenidən insan talelərini müəyyən edən əsas amilə çevrilir”.

“Мüharibə yaşamış insanlar artıq heç vaxt əvvəlki kimi olmurlar. Hər kəsin həyatında dönüş nöqtəsi yaranır – elə bir an ki, ondan sonra keçmişə qayıtmaq mümkün deyil. Bu nöqtə itki ola bilər – evin, yaxın insanın, insanlığa inamın itirilməsi. Amma bu, həm də qazanc ola bilər – yeni hisslər, münasibətlər, dərk etmələr. Müharibə insan təcrübəsinin ən ekstremal forması kimi həm cəhənnəmi, həm də ilahi duyğuları üzə çıxarır. Kritik anda biz insanlıq adlandırdığımız anlayışı tanıya bilirik – saf, müqəddəs və dəyərli”, – konsepsiyada bildirilir.

Rəssam Vüqar Quliyev zaman keçdikcə hadisələrin qavranılmasının necə dəyişdiyini, xatirələrin şəraitin, ideologiyaların və şəxsi yaşantıların təzyiqi altında necə transformasiya olunduğunu araşdırır.

Sərgidə təqdim olunan hər bir əsər yaddaşda dirçəldilən, yenidən düşünülən, lakin unudulmayan vizuallaşdırılmış dönüş nöqtəsidir.

Çoxqatlı texnika, rəng kontrastı və nöqtələrin ritmi vasitəsilə Quliyev xatirələrdə zamanın izini təsvir edir. Onun əsərləri həm xronika, həm də düşüncədir. Bu işlərdə itki ağrısı ilə yanaşı, işığın əksi, içimizdəki müqəddəsin təzahürü də var.

Məlumat üçün bildirək ki, Vüqar Quliyev ABŞ-da mükafatlara layiq görülmüş rəssamdır. O, 1984-cü ildə Azərbaycanda anadan olub və yaradıcılıq yoluna erkən uşaqlıqdan başlayıb. 1999-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. 2003-cü ildə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.

Qeyd edək ki, sərgi martın 21-dək davam edəcək.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

PSJ-nin futbolçusu UEFA Çempionlar Liqasında həmyerlilərinin nailiyyətini təkrarlayıb

Next

Leyla və Arzu Əliyevalar Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışına qatılıblar

Copyright 2026— Praqraf.com. All rights reserved