Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ramazan Bayramının Gizli Mahiyyəti: İlahiyyatçıdan Diqqətçəkən Açıqlama
MANŞETÖZƏLUncategorized

Ramazan Bayramının Gizli Mahiyyəti: İlahiyyatçıdan Diqqətçəkən Açıqlama

17 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Hər il insanlar Ramazan bayramını xüsusi olaraq qeyd edirlər. “On bir ayın sultanı” adlandırılan mübarək Ramazan ayı boyunca oruc tutulur. Bu ay ərzində hər bir ailə üzvü kasıblara fitrə verir.

Bu il Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri isə 8, 10, 12 və 16 mart tarixlərinə düşür. Ramazan bayramı martın 20-də qeyd olunacaq.

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri “Paraqraf.com”a açıqlamasında bildirib ki, Ramazan bir təlim ayıdır:

“Ramazan Quranın daha çox müzakirə olunduğu, dini mövzuların insanların həyatına sirayət etdiyi bir mərhələdir. Eyni zamanda, Ramazan bayramı birlik rəmzidir. Çünki insanlar birlikdə iftar açır, bir araya gələrək söhbət edir. Ramazan həm də oruc müddətində yemək-içməkdən və yaxın münasibətdən uzaq qalmaqla nəfsə nəzarət dövrüdür. Bəzən belə bir fikir formalaşır ki, qadınlar heyz dövründə oruc tutmamalıdır. Bu isə yanlışdır”.

İlahiyyatçı qeyd edib ki, Ramazan ayında yaşadıqlarımızı və öyrəndiklərimizi digər aylara da sirayət etdirməliyik:

“Bu ay daha məsuliyyətli olmaq ayıdır. Burada qazandığımız mənəvi təcrübəni və təlimi ilin digər aylarına da aşılamalıyıq”.

O əlavə edib ki, fitrə Ramazan ayında oruc tuta bilməyənlərə və imkansız şəxslərə göstərilən dəstəkdir.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ŞOK İDDİA: Günay Ağamalı köməkçisini yas günündə cangüdənlərinə döydürüb?

Next

Sabah İranla Rusiya hərbi dəniz qüvvələri birgə təlim keçirəcək

Copyright 2026— Praqraf.com. All rights reserved