Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 17
  • Azərbaycan–Serbiya münasibətləri: enerji təhlükəsizliyindən strateji tərəfdaşlığa doğru

Azərbaycan–Serbiya münasibətləri: enerji təhlükəsizliyindən strateji tərəfdaşlığa doğru

admin 17 Fevral 2026 4 minutes read
IMG-20260217-WA0000
PAYLAŞIN:

Azərbaycan ilə Serbiya arasında münasibətlər müasir dövrdə regional əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi dəyərləndirilə bilər. Bu əlaqələr təkcə diplomatik münasibətlər çərçivəsində deyil, həm də siyasi etimad, iqtisadi maraqların uzlaşdırılması və beynəlxalq müstəvidə qarşılıqlı dəstək prinsipləri üzərində qurulmuşdur. İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı səsləndirdiyi “biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik” fikri bu münasibətlərin strateji dərinliyini və davamlı xarakterini ifadə edən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.

Bu ifadə ilk növbədə onu göstərir ki, iki ölkə arasında əməkdaşlıq təsadüfi və ya situativ xarakter daşımır. Əksinə, münasibətlər sistemli inkişaf xətti üzrə irəliləyir və uzunmüddətli perspektivə hesablanıb. Dövlət başçıları arasında formalaşmış şəxsi etimad və açıq dialoq mühiti əlaqələrin sürətli və effektiv inkişafına imkan yaradır. Müasir beynəlxalq münasibətlər sistemində liderlərarası diplomatiya mühüm rol oynayır və Azərbaycan–Serbiya əlaqələri bu baxımdan uğurlu model hesab oluna bilər.

Azərbaycan ilə Serbiya arasında imzalanmış mühüm sənədlər – 2013-cü ildə Bakıda qəbul edilən Strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə təsdiqlənən Birgə Fəaliyyət Planı və 2022-ci ildə Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum – münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirmişdir. Bu sənədlər siyasi dialoqun, iqtisadi əməkdaşlığın və energetika sahəsində tərəfdaşlığın uzunmüddətli perspektivini müəyyən edir. Prezidentin gələcək görüşlərə işarə etməsi isə bu sənədlərin kağız üzərində qalmayacağını, konkret və praktik nəticələrə yönələcəyini göstərir.

Fevralın 15-də Azərbaycan Prezidentinin Serbiyaya rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında vurğuladığı kimi, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir. O qeyd etmişdir ki, Serbiyanın Prezidenti dövlət maraqlarını hər şeydən üstün tutur və məhz bu yanaşma nəticəsində Serbiya uğurla inkişaf edir, beynəlxalq müstəvidə hörmət qazanır, iqtisadi və sosial sahədə genişmiqyaslı islahatlar həyata keçirir.

Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq, aparılan islahatlar nəticəsində əlverişli investisiya mühiti formalaşdırılmış, xarici investorlar üçün cəlbedici şərait yaradılmışdır. Azərbaycanın bu prosesdə fəal iştirakı iki ölkə arasında iqtisadi etimadın yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə qəbul edilən qərarlar enerji əməkdaşlığının real nəticələrini ortaya qoyur. Azərbaycan qazının Serbiyada elektrik enerjisinə çevrilməsi həm daxili tələbatın ödənilməsi, həm də gələcək ixrac imkanları baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycanın enerji ixrac potensialının 2 giqavat səviyyəsində olması və 2032-ci ilə qədər əlavə 8 giqavat gücün yaradılmasının planlaşdırılması ölkənin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq. Bütün bunlar göstərir ki, Azərbaycan–Serbiya münasibətləri qarşılıqlı hörmət, strateji baxış və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında inkişaf edir və gələcəkdə daha geniş miqyas alacağı şübhə doğurmur.

Samirə Hüseynova
Paraqraf.com

Loading

Visited 39 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Duga radar sistemi: Meşə Üzərində Ucalan Gizli Siqnallar Imperiyası – FOTOLAR
Next: Azərbaycan Prezidenti Çin Sədrini Bahar bayramı münasibətilə təbrik edib

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.