Türkiyənin Zonguldak vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində kömür mədən ocağında uçqun baş verib.
Paraqraf.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində mədəndəki 3 işçi dağıntılar altında qalıb.
Əraziyə xilasetmə qrupları, Təcili Tibbi Yardım və jandarma qüvvələri cəlb olunub.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
