Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Təmir vədi var, amma risk qalır: 3 nömrəli məktəbin taleyi necə olacaq?
ELM VƏ TƏHSİLMANŞET

Təmir vədi var, amma risk qalır: 3 nömrəli məktəbin taleyi necə olacaq?

16 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Qovlar şəhərində yerləşən 3 saylı tam orta məktəbin mövcud vəziyyəti narahatlıq doğurur. Valideynlər və sakinlər bildirirlər ki, məktəb binası uzun illərdir əsaslı təmir olunmayıb və hazırda istismar üçün təhlükəli vəziyyətdədir.

Məktəbin divar və tavan hissələrində ciddi aşınmalar müşahidə edilir, bəzi yerlərdə isə konstruksiya elementlərinin zədələndiyi qeyd olunur. Sakinlərin sözlərinə görə, bina artıq təmir ediləcək səviyyədə deyil və tamamilə sökülərək yenidən inşa edilməlidir.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi “Paraqraf.com”un sorğusuna cavab olaraq bildirib ki, tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının tikintisi və mövcud binaların əsaslı təmiri əsas prioritet istiqamətlərdəndir.

Qeyd olunub ki, son iki il ərzində idarənin tabeliyində olan 103 məktəbdə cari, 2 məktəbdə isə əsaslı təmir işləri aparılıb. Həmçinin 3 məktəb binası tam sökülərək yenidən tikilib.

Bildirilib ki, Tovuz rayonu Qovlar şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən məlumatlıdırlar və binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb.

Əlavə olaraq qeyd olunub ki, təhsil müəssisələrinin tikintisi və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezidentin Serbiyaya səfəri başa çatdı – Fotolar

Next

Politoloq: “Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri sıradan diplomatik jest deyil”

Copyright 2026— Praqraf.com. All rights reserved