Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
DÜNYA

Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək

16 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Macarıstan Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə ABŞ-nin sülh ilə bağlı səylərini digər Avropa dövlətlərinin mövqeyindən asılı olmayaraq dəstəkləməyə davam edəcək.

Paraqraf.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ABŞ dövlət katibi Marko Rubio ilə danışıqları şərh edərkən bildirib.

V.Orbanın sözlərinə görə, Budapeşt münaqişənin sülh yolu ilə nizamlanmasına yardım göstərməyə açıqdır və ABŞ-nin diplomatik təşəbbüslərini dəstəkləyir: “Macarıstan Budapeşti Rusiya və Ukraynanın mümkün sülh sammiti üçün məkan kimi təqdim etməyə hazırdır”.

Baş nazir qeyd edib ki, Prezindent Donald Trampın hakimiyyətə gəlməsindən sonra Macarıstan və ABŞ arasında münasibətlər yeni səviyyəyə yüksəlib: “Demək olar ki, ABŞ və Macarıstan arasında münasibətlərdə yeni “qızıl dövr” başlayıb. 30 ildən çox siyasi fəaliyyətim ərzində ölkələrimiz arasında münasibətlərin bu qədər yüksək, balanslaşdırılmış olduğu dövrü xatırlamıram”.

V.Orban həmçinin bildirib ki, Macarıstan ilk təsis iclasının Vaşinqtonda keçiriləcəyi Sülh Şurasına qoşulmaq üçün dəvət alıb və orada o, öz ölkəsini təmsil edəcək.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 27 % artırıb

Next

Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır

Copyright 2026— Praqraf.com. All rights reserved