Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Lukaşenko Qəzza üzrə Sülh Şurasının işində iştirak etməyə hazır olduğunu bildirib
DÜNYA

Lukaşenko Qəzza üzrə Sülh Şurasının işində iştirak etməyə hazır olduğunu bildirib

16 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə Sülh Şurasının işində iştirak etməyə hazır olduğunu bildirib.

Paraqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, o, bunu Minskdə İttifaq Dövlətinin dövlət katibi Sergey Qlazyevlə görüşdə deyib.

“Biz bu Şurada mütləq prezident səviyyəsində iştirak edəcəyik. Ola bilsin ki, Vaşinqtonda yox. Haradasa Avropada və ya Yaxın Şərqdə, bəlkə də İsraildə, bura daha yaxın Türkiyədə Şuranın növbəti iclasları keçiriləcək. Biz onda iştirak edəcəyik”, – Lukaşenko deyib.

Onun sözlərinə görə, Belarus ənənəvi olaraq sülh gündəliyini təbliğ edir və həmişə münaqişələrin, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub.

“Bizim bir məqsədimiz var – sülh. Biz sülh istəyirik və ilk növbədə, taleyimizin bağlı olduğu yerdə – Ukraynada. Biz hamımız orada sülh istəyirik və təkcə Ukraynada deyil, digər nöqtələrdə də. Düşünürəm ki, bizim orada (Sülh Şurasında – red.) olmağımız yerinə düşəcək”, – prezident əlavə edib.

Nəşr qeyd edib ki, Belarus Prezidenti yanvarın 20-də respublikanın Sülh Şurasına qoşulması və onun nizamnaməsinin müddəalarının yerinə yetirilməsi haqqında sənədi imzalayıb. O, Şuranın fevralın 19-da Vaşinqtonda keçiriləcək ilk iclasına getməyəcək. Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bunu prezidentin həmin dövr üçün planlaşdırılmış qrafiki və Qərb sanksiyaları, eləcə də Avropa İttifaqının hava məkanının Belarus üçün bağlı olmasından qaynaqlanan logistik çətinliklərlə izah edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır

Next

Zelenski: Putini öpüş və güllərlə dayandırmaq olmaz

Copyright 2026— Praqraf.com. All rights reserved