Keçən il Azərbaycanda 1 252 və ya 2024-cü illə müqayisədə 12,3 % az yol-nəqliyyat hadisəsi baş verib.
Paraqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,1 % azalaraq 1 715 nəfər olub. Onlardan 689-u həlak olub, 1026-sı isə yaralanıb.
Hadisələrin 44,5 %-i gündüz, 39,4 %-i gecə, 16,1 %-i isə toran vaxtı baş verib, 30,3 %-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 85,1 %-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 13,4 % azalaraq 484 nəfər, yaralananların sayı isə 14 % azalaraq 960 nəfər olub.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
