Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 16
  • Bakı və İrəvanın ORTAQ DAVASI – SSRİ dağılandan ilk dəfə…

Bakı və İrəvanın ORTAQ DAVASI – SSRİ dağılandan ilk dəfə…

admin 16 Fevral 2026 5 minutes read
a550122841271658134aa4e00543f20a
PAYLAŞIN:

Azərbaycan Prezidenti iki gün öncə Münxendə Ermənistanla yekun sülhün əsas şərtini bir daha bəyan elədi. Sülh müqaviləsinin cari ildə imzalanmasının mümkünlüyünü vurğuladı.

İlham Əliyevin bu mesajından ən çox təlaşlanan təbii ki, bölgədəki daimi sülhün əleyhdarları olacaq. Çünki zaman-zaman xalqların faciəsi hesabına öz varlığını saxlayan və mənfur maraqlarını irəli aparan, “bulanıq suda balıq tutanlar” onlar. Bunlar – qonşu ölkədəki radikal-revanşist dairələr, erməni kilsəsi və lobbisi, bir də əlbəttə ki, Rusiya və onun “proksi qüvvələri”dir.

Ermənistanda 8 iyun parlament seçkiləri və konstitusiya referendumu qarşı duran bu iki tərəfin son savaşı olacaq. Ümid edək ki, Nikol Paşinyan və komandası həlledici davadan salamat çıxa biləcək. Nəticə etibarilə, sülh prosesi məhz bu il, uzağı birinci 6 ayın tamamında məntiqi sonluğa çatacaq…

Yeri gəlmişkən, rusiyalı deputat-şovinist Konstantin Zatulinin son təxribatçı fikirlərindən danışan baş nazir hesab edir ki, Azərbaycanla sülhə nail olunması Ermənistanın real müstəqilliyini gücləndirəcək, “o səbəbə bəziləri konfliktin münaqişənin davamında maraqlıdır”. Hansı qüvvələr? Artıq az qala, uşağa da aydındır.

Hərgah, Nikol ad çəkməyib və bu mövqeyini bütün Rusiya rəhbərliyinə aid etmədiyini söyləyib. Amma ardınca belə bir ifadə də işlədib ki, 2026-cı il səsverməsində seçicilər “öz gözlərinə, yoxsa Zatulinin sözlərinə inanacaqlarını müəyyən etməli olacaqlar”…

Sual yaranır: Azərbaycanı və Ermənistanı (oxu: onların ikitərəfli formatda, Rusiyasız-zadsız neçə ildir irəli apardığı sülh prosesini) hədəfə alıb gözdən salmağa çalışan, hakim “Vahid Rusiya” partiyasının üzvü Zatilinin “yiyəsi” kimdir? Həmin partiyanın sədri, prezident Vladimir Putin.

Amma siz heç görmüşünüzmü ki, üstəlik, Dumada komitə sədrinin 1-ci müavini olan Zatulinə Bakı və İrəvana qarşı bunca hərzə-hədyan söylədiyi üçün kimsə irad tutsun, “gözün üstündə qaşın var” söyləsin? Azərbaycan bu yaramaza görə Rusiyaya az öncə nota da verib. Çifayda? Onun qulağını çəkən yoxdur. Deməli, bu zat elə Puninin mövqeyini ifadə edir də…

“Cənubi Qafqazda sülh məsələsi Ermənistandakı parlament seçkisində həll olunacaq. Ölkədəki siyasi qüvvələr iki qrupa bölünür: sülh partiyası və qlobal moderatorlardan asılılığı təklif edən müharibə partiyası. 2026-cı ildə seçki keçirib yekun sülh müqaviləsinin imzalanması və müqavilənin təsdiqlənməsi yolu ilə Azərbaycanla münaqişəyə son qoymalıyıq. Qələbəmizə əminəm”.

Ermənistan parlamentinin spikeri Alen Simonyana məxsus olan bu sitat Paşinyanın sülh və Rusiya ilə bağlı ritorikasının davamı sayıla bilər. Həqiqətən də, yalnız Azərbaycan və Türkiyə ilə barışığın əldə olunması Ermənistana real müstəqillik və inkişaf gətirə bilər, nəinki Rusiya ilə vassal münasibətlərin qalması.

İlham Əliyev-Ərdoğan-Paşinyan görüşü? - MÜMKÜNDÜR

Bakı və Ankaranın ermənilərə kölə qismində baxmaq kimi bir bəd niyyəti yox. Yetər ki, bu toplum, nəhayət, özünü normal qonşu tək aparmağı öyrənsin. Bir daha müharibə səbəbkarı, xarici güclərin əlində alət olmasın.

Keşkə, bu bəsit gerçəyi erməni rəsmiləri və toplumu on illər öncə anlayaydı. Hələ gec deyil…

Məlum. Ermənistan bəlli səbəblərdən Güney Qafqazda ən “zəif bənd”dir. Moskva bu səbəbə regionu yenidən eyni yerdən “vurmağı”, bölgəyə qayıtmağı xəyal edir – başı nə qədər Ukraynaya qarışsa da. Demək ki, SSRİ dağılandan ilk dəfə Azərbaycan və Ermənistan eyni cəbhədə, eyni “qayıqda” yer alır.

Bu mənada Bakı və Ankaranın Paşinyan hökumətinə dolayı dəstəyi, onun daxildəki dayaqlarını və imicini gücləndirən addımlara davam eləməsi, şübhəsiz, tarixi önəm kəsb edir. Çünki bu, əslində həm də özümüzə dəstəkdir. Bizim seçkilər, bizim davamızdır. Tarixi və ortaq davamız. Kiminlə?

Rusiya ilə. Ötən əsrin 20-ci illərindəki işğalçı planlara bənzər planlar qurmaq istəyən axırıncı imperialist dövlətlə…

 

Zahid Səfəroğlu

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Türkiyədə kömür mədənində uçqun olub, 3 nəfər dağıntılar altında qalıb
Next: Prezidentin Serbiyaya səfəri başa çatdı – Fotolar

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.