Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan İsveçrədən qızılın tədarükünü 5 dəfəyə yaxın artırıb
İQTİSADİYYAT

Azərbaycan İsveçrədən qızılın tədarükünü 5 dəfəyə yaxın artırıb

16 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Ötən il Azərbaycan 6 milyard 264,8 milyon ABŞ dolları dəyərində 57 min 475 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

Paraqraf.com-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 89 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan İsveçrədən 1 milyard 198 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 dəfə çox) 9 min 384 kiloqram (+4,8 dəfə), Avstraliyadan 889,8 milyon ABŞ dolları dəyərində (-39 %) 8 min 99 kiloqram (-55 %), Amerika Birləşmiş Ştatlarından 860 milyon ABŞ dolları dəyərində (-19 %) 7 min 466 kiloqram (-42 %), Rusiyadan 677,9 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 6 min 939 kiloqram (+3,5 dəfə), Özbəkistandan 508,3 milyon ABŞ dolları dəyərində 4 min 149 kiloqram (ilk dəfə tədarük olub) qızıl alıb.

2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3 milyard 313 milyon ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

Ötən il Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 326,2 milyon ABŞ dolları dəyərində 4 min 522 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 54 % və 6 % çoxdur.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah 1 şəhər və 3 rayonda 73 mindən çox abonentin qazı olmayacaq

Next

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Copyright 2026— Praqraf.com. All rights reserved