Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Zelenski: Rusiyanı terror vasitələrindən məhrum etmək üçün çoxlu HHM-ə ehtiyacımız var
DÜNYA

Zelenski: Rusiyanı terror vasitələrindən məhrum etmək üçün çoxlu HHM-ə ehtiyacımız var

15 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Ukraynaya Rusiya Silahlı Qüvvələrinin dağıdıcı zərbələrinin qarşısını almaq üçün etibarlı hava hücumundan müdafiə (HHM) sistemi lazımdır.

Paraqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.

O, Rusiyanın Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələri davam etdirməsindən danışıb.

“Təkcə fevralın bu həftəsində onlar Ukraynaya təxminən 1300 hücum dronu, 1200-dən çox idarəolunan aviasiya bombası və 50 raket atıblar, demək olar ki, onların hamısı ballistik raketlərdir. Bu gün düşmən zərbələrinə Odessa, Donetsk, Sumı vilayətləri və Zaporojye məruz qalıb. Əvvəlki kimi, bu zərbələrin əsas hədəfi energetikadır. Ruslar generasiyamızı, yarımstansiyaları, şəbəkəni məhv etmək üçün zərbələri qəsdən kombinə edirlər”, – Zelenski bildirib.

Onun sözlərinə görə, zərbələrin əhəmiyyətli hissəsinin qarşısını almaq mümkün olur, lakin Ukrayna səmanın fasiləsiz qorunmasına ehtiyac duyur:

“Münxendə biz 24 fevraldan əvvəl Ukrayna üçün konkret enerji və hərbi yardım paketləri barədə razılığa gəldik. Tərəfdaşlara kömək etməyə hazır olduqlarına görə minnətdaram. Bütün tədarüklərin operativ şəkildə gələcəyinə ümid edirik. Rusiyanı terror vasitələrindən məhrum etmək üçün Ukraynaya hər gün HHM lazımdır”.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Finlandiya Prezidenti: ABŞ ilə münasibətlərdə “qırmızı xətt”ə çatılıb

Next

ABŞ-nin “USS Gerald R. Ford” aviadaşıyıcısı Yaxın Şərqə istiqamət götürüb

Copyright 2026— Praqraf.com. All rights reserved