Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 15
  • Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

admin 15 Fevral 2026 4 minutes read
xjJHAceWg5bJdhoutwAKXhW7EZZeLfWZkQwuEIYx_825
PAYLAŞIN:

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti iləAvstriyanın paytaxtı Vyana şəhərində rəsmi səfərdə olub.

Paraqraf.com bildirir ki, Vəkillər Kollegiyasından verilən məlumata görə, nümayəndə heyətinin tərkibində VK sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub və Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə yer alıblar.

Səfərin ilk günündə Elçin Usub və Gözəl Hüseynzadə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) “Mübadilə, əməkdaşlıq və dəstək platforması” (PECO) Komitəsinin növbəti iclasında iştirak ediblər. İclas çərçivəsində CCBE-yə üzv qurumlar və müşahidəçi təşkilatlar tərəfindən hesabatlar təqdim olunub, vəkillik peşəsinin mövcud vəziyyəti, eləcə də müxtəlif ölkələrin ədalət sistemlərində baş verən son yeniliklər barədə məlumat mübadiləsi aparılıb.

İclasda çıxış edən VK Rəyasət Heyətinin üzvü Elçin Usub Kollegiyanın son illər ərzində həyata keçirdiyi islahatlar və institusional inkişaf istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. O, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş mütərəqqi və sistemli dəyişikliklərə toxunaraq bildirib ki, həmin yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, özünüidarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət edir.

Fevralın 12-də nümayəndə heyəti Vyana səfəri çərçivəsində CCBE-nin Daimi Komitələrinin iclaslarında iştirak edib. İclas zamanı Komitə üzvləri gündəlikdə olan və səsverməyə çıxarılan məsələlərlə bağlı müzakirələr aparıb və CCBE-nin gələcək fəaliyyət istiqamətlərinə dair qərarlar qəbul ediblər.

Eyni zamanda fevralın 13-də Kollegiyanın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa ölkələrinin Vəkillər Kollegiyaları rəhbərlərinin 54-cü konfransında iştirak edib.

Zəngin və çoxşaxəli proqramı əhatə edən bu konfrans artıq yarım əsrdən çoxdur ki, Avropa ölkələrinin Vəkillər kollegiyalarının rəhbərləri arasında təcrübə mübadiləsinin aparıldığı və aktual hüquqi məsələlərin müzakirə olunduğu nüfuzlu dialoq platforması kimi fəaliyyət göstərir. “Azadlıq və Təhlükəsizlik: müasir cinayətkarlığın təzyiqi altında hüququn aliliyi” adlı mövzuya həsr olunan konfrans Vyananın tarixi memarlıq incilərindən biri olan “Palais Ferstel” binasında təşkil edilib.

Konfrans çərçivəsində iştirakçılar Avstriya Federal Kansleri və Avstriya federal ədliyyə naziri tərəfindən qəbul ediliblər.

Tədbirin sonunda konfrans iştirakçıları üçün rəsmi ziyafət təşkil olunub.

Səfər çərçivəsində gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə VK sədri Anar BağırovAvropa Vəkillər Kollegiyalarının rəhbərləri, eləcə də bir sıra ölkələrin vəkillər kollegiyalarının təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı təcrübə mübadiləsi, birgə təşəbbüslər və Avropa Vəkillər Kollegiyalarının təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Paraqraf.com 

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ukrayna Prezidenti enerji yardımına görə İlham Əliyevə təşəkkür edib
Next: “Əl-Nəsr” Ronaldunu ilk dəfə start heyətinə daxil edib

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.