Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Paraqraf.com xəbər verir ki, hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
