Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan ilə Almaniya arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub
SİYASƏT

Azərbaycan ilə Almaniya arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

15 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Paraqraf.com bildirir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyəti vurğulanaraq, qarşılıqlı səfərlərin və beynəlxalq platformalar çərçivəsində görüşlərin əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verdiyi qeyd edilib.

İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, nəqliyyat və logistika, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin Avropanın enerji təhlükəsizliyinə və regionda dayanıqlı inkişafın təmin olunmasına verdiyi töhfə diqqətə çatdırılıb. Bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq və “yaşıl keçid” istiqamətində birgə layihələrin, Mərkəzi Asiya daxil olmaqla geniş bölgədə səylərin perspektivləri nəzərdən keçirilib.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətlərin əhəmiyyətinə toxunularaq, çoxtərəfli platformalarda bir-birinin legitim maraqlarına hörmət və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın və dəstəyin davam etdirilməsindən məmnunluq ifadə olunub.

Postmünaqişə dövründə regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və tarixi Vaşinqton Zirvəsindən sonra bölgədə de-fakto sülhün və ilkin əməkdaşlığın təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev: Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

Next

Ukrayna Prezidenti enerji yardımına görə İlham Əliyevə təşəkkür edib

Copyright 2026— Praqraf.com. All rights reserved