Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN kodla aparılması ilk oxunuşda qəbul edilib
MANŞET

Sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN kodla aparılması ilk oxunuşda qəbul edilib

13 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Milli Məclis sığortaolunanların sığortaçıda uçotunun yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə aparılmasını ilk oxunuşda qəbul edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Məlumat verilib ki, hazırda sığortaedənlər muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edərkən sosial sığorta nömrəsi (SSN) və FİN məlumatların hər ikisini daxil etməklə əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur.

Bu səbəbdən sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bununla sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin ediləcək, eləcə də qurumlar arasında məlumat mübadiləsi asanlaşdırlaraq e-sistemlərin inteqrasiyası sürətlənəcək.

Beləliklə, layihənin qəbulu ilə sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılır.

Müzakirələrin sonunda qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paraqraf.com 

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulması təklifi ilk oxunuşda qəbul edilib

Next

Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved