Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 13
  • Rəqəmsal dövlət quruculuğu və yeni rəqəmsal arxitektura konsepsiyası

Rəqəmsal dövlət quruculuğu və yeni rəqəmsal arxitektura konsepsiyası

admin 13 Fevral 2026 7 minutes read
WhatsApp Image 2026-02-13 at 11.10.30
PAYLAŞIN:

Azərbaycan Respublikasının inkişaf tarixində elə məqamlar var ki, həmin dövrlər təkcə iqtisadi göstəricilərlə deyil, milli iradənin və uzaqgörən dövlətçilik təfəkkürünün təntənəsi ilə xarakterizə olunur. Bu gün ölkəmiz məhz belə bir taleyüklü mərhələnin astanasındadır. Qlobal miqyasda rəqabətin əsas meyarının bilik, innovasiya və süni intellekt olduğu bir dövrdə Azərbaycan öz inkişaf modelini zamanın çağırışlarına uyğun şəkildə yenidən müəyyənləşdirir.

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində formalaşdırdığı möhkəm təməl üzərində bu gün inamla irəliləyir. Ümummilli lider Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi İKT üzrə Milli Strategiya ölkəmizdə informasiya cəmiyyətinə keçidin başlanğıc nöqtəsi oldu. Həmin strateji kurs Azərbaycanı müasir, rəqabətqabiliyyətli və innovativ dövlətə çevirmək məqsədi daşıyırdı. Bu siyasi xətt sonrakı illərdə ardıcıl şəkildə davam etdirilərək rəqəmsal transformasiyanın dərinləşdirilməsinə xidmət etdi.

19 mart 2025-ci il tarixində təsdiqlənmiş 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası isə bu inkişafın məntiqi davamıdır. Sənəd süni intellekt ekosisteminin formalaşdırılmasını, dövlət idarəçiliyində və iqtisadiyyatın müxtəlif sahələrində qabaqcıl texnologiyaların geniş tətbiqini, elmi tədqiqatların gücləndirilməsini və innovasiya mühitinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. Bu strategiya yalnız texnoloji sənəd deyil, eyni zamanda Azərbaycanın gələcəyinə inamın, milli potensialın səfərbərliyinin və dövlət iradəsinin ifadəsidir.

İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin strateji inkişaf kursunda keyfiyyətcə yeni mərhələnin başlandığını bir daha təsdiqlədi. Dövlət başçısının vurğuladığı kimi, “bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma istiqamətində aparılan islahatlar artıq seçim deyil, gələcəyin zərurətidir. Bu, texnoloji yenilənmədən daha artıq – milli inkişafın taleyini müəyyən edən strateji qərardır.”

Azərbaycan Respublikasının Prezidenti çıxışında bəyan etdi ki, ölkəmiz neft-qaz və enerji infrastrukturu sahəsində onilliklər ərzində formalaşmış zəngin təcrübəyə, geniş beynəlxalq əlaqələrə və yüksək texniki potensiala malikdir. Azərbaycan 30 ildən artıq müddətdə beynəlxalq tərəfdaşlarla imzalanmış enerji layihələrini necə razılaşdırmışdırsa, bu gün də eyni məsuliyyət və ardıcıllıqla icra edir. Bu etibarlılıq ölkəmizin əsas üstünlüklərindən biridir.

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur. Ölkəmizdə mövcud olan müsbət investisiya iqlimi, qanunvericilik bazasının sabitliyi və sərmayələrin gündəlik praktikada qorunması həm yerli, həm də xarici investorların marağını təmin etmişdir. İnvestisiyaların qorunması hər bir ölkənin dayanıqlı inkişafının əsas şərtidir və Azərbaycan bu sahədə özünü etibarlı tərəfdaş kimi təsdiqləmişdir.

Həmçinin enerji potensialımız da əhəmiyyətli dərəcədə artmışdır. Son iki onillikdə generasiya gücümüz təxminən iki dəfə yüksələrək 10 min meqavata çatmışdır. Qaz, hidro, Günəş və külək elektrik stansiyalarının istismara verilməsi Azərbaycanın enerji təhlükəsizliyini tam təmin etmişdir. Hazırda ən azı 2 min meqavat istifadə olunmayan generasiya gücümüz mövcuddur ki, bu da rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması üçün mühüm əsasdır.

Biz artıq bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə təmaslar qurmuşuq. Eyni zamanda, qlobal maliyyə resurslarını idarə edən ən iri fondlarla sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir ki, aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir və valyuta ehtiyatlarımızın bir hissəsi məhz həmin təsisatların vasitəsilə idarə olunur. Son danışıqlarda bu qurumların Azərbaycana investisiya yatırması məsələsi də müsbət qarşılanmışdır və hazırda konkret layihələr üzərində iş aparılır.

Azərbaycanın xarici siyasətində formalaşmış çoxşaxəli strateji tərəfdaşlıq şəbəkəsi rəqəmsal transformasiya hədəflərinin reallaşdırılması üçün mühüm geoiqtisadi platforma yaradır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası yüksək texnologiyalar, data mərkəzləri və süni intellekt sahəsində əməkdaşlığın institusional çərçivəsini müəyyən edir. Eyni zamanda Avropa İttifaqına üzv bir sıra dövlətlərlə mövcud strateji tərəfdaşlıq sənədləri və Çin Xalq Respublikası ilə imzalanmış hərtərəfli strateji əməkdaşlıq razılaşması Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində balanslı və praqmatik siyasət yürütməsinin göstəricisidir. Bu çoxvektorlu tərəfdaşlıq modeli ölkəyə qabaqcıl texnologiyalara çıxış, investisiya axını və qlobal innovasiya şəbəkələrinə inteqrasiya baxımından əlavə imkanlar qazandırır. Belə bir üstünlükdən səmərəli istifadə etmək rəqəmsal iqtisadiyyatın formalaşdırılması prosesində həlledici rol oynaya bilər.

Daxili müstəvidə isə rəqəmsal transformasiya dövlət idarəçiliyinin struktur yenilənməsini tələb edir. Mövcud platforma və tətbiqlərin vahid mərkəzdə birləşdirilməsi, dövlət xidmətlərinin “mygov” üzərindən təqdim olunması idarəetmədə koordinasiyanı və vətəndaş məmnuniyyətini artıracaq. Bununla yanaşı, özəl sektorun prosesə fəal cəlb edilməsi, innovasiya təşəbbüslərinin təşviqi və investisiya mexanizmlərinin genişləndirilməsi rəqəmsal ekosistemin dayanıqlılığını təmin etməlidir.

Prezidentin xüsusi vurğuladığı kibertəhlükəsizlik məsələsi isə bu transformasiyanın təhlükəsizlik sütunudur. Ölkənin məruz qaldığı kiberhücumlar göstərir ki, qabaqlayıcı mexanizmlər, institusional gücləndirmə və Kibertəhlükəsizlik Mərkəzinin imkanlarının artırılması prioritet olaraq qalmalıdır. Rəqəmsal inkişaf yalnız texnoloji yenilənmə deyil, eyni zamanda təhlükəsiz və davamlı idarəetmə modelinin qurulmasıdır.

Bu gün qəbul edilən qərarlar sabahın güclü Azərbaycanını formalaşdırır. Süni intellekt və rəqəmsal inkişaf artıq yalnız texnologiya məsələsi deyil – bu, milli təhlükəsizlik, iqtisadi dayanıqlılııq və gələcək nəsillərin rifahı məsələsidir. Dövlətimizin qətiyyətli siyasəti və xalqımızın intellektual potensialı sayəsində Azərbaycan XXI əsrin çağırışlarını inamla qarşılayır və gələcəyə doğru əzmkar addımlarla irəliləyir.

 

Samirə Hüseynova

Paraqraf.com

Loading

Visited 30 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan bankı bu il ödəyəcəyi dividendin məbləğini açıqlayıb
Next: Qazaxıstanda internet-narkotik mağazası təşkil etdiklərinə görə 11 nəfər saxlanılıb

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.