Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 13
  • Özəl xəstəxanalarda onkoloji yardımın alınması ilə bağlı dəyişiklik son oxunuşda qəbul edilib

Özəl xəstəxanalarda onkoloji yardımın alınması ilə bağlı dəyişiklik son oxunuşda qəbul edilib

admin 13 Fevral 2026 5 minutes read
EV9Z9du0Gl3iVm8NUaH9cArvQhcJmgz8cSmG5TEY_825
PAYLAŞIN:

Milli Məclis vətəndaşların özəl tibb müəssisələrində də onkoloji yardım ala biləcəyi haqqında dəyişikliyi son oxunuşda qəbul edib.

Paraqraf.com xəbər verir ki, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara təklif edilən dəyişikliklər parlamentin yaz sessiyasının bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərə biləcək.

Məlumat verilib ki, hazırda “Onkoloji yardım haqqında” qanunun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələrində mümkündür. Bu xüsusda, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.

Qeyd olunub ki, onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, “Onkoloji yardım haqqında” qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.

Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir.

Diqqətə çatdırılıb ki, hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur. Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.

Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Paraqraf.com 

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Milli Məclisin bir qrup deputatı Meksika Senatının sədri ilə görüşüb
Next: Minimum əməkhaqqı məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması son oxunuşda qəbul edilib

OXŞAR MÖVZULAR

zppy1uhdtdw57yuucihop652i5herjohujhg1vuz_1200

Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

admin 24 Aprel 2026
4UX3i1VtKO0pEdKvh2Z3wFEXJ9J6X28t3LqtgowU_1200

Hərbi Prokurorluq və Milli Müdafiə Universiteti arasında memorandum imzalanıb

admin 24 Aprel 2026
d443bbc5-d812-3471-bbbd-5890cf6743dd_1200

İkinci Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım veriləcək

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

24 Aprel 2026
Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb 47b19b84-23ed-3c2b-978e-bfae3afe79d1_1200

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

24 Aprel 2026
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb 03159a8c-50eb-30f7-bbe5-fdd9ff7666d6_1200

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb

24 Aprel 2026
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub zppy1uhdtdw57yuucihop652i5herjohujhg1vuz_1200

Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

24 Aprel 2026
Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb t7nKIlymyp6NTfEIAa6NNO3ugK1VbhQqXLKXj0ic_1200

Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb

24 Aprel 2026
XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır T3kHAuNjFZGCZTbrAbTDj375MACzXQpOEvxYjUpC_1200

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.