Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycandan Ukraynaya göndərilən yardım aidiyyəti üzrə təhvil verilib
SİYASƏT

Azərbaycandan Ukraynaya göndərilən yardım aidiyyəti üzrə təhvil verilib

13 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycandan Ukraynaya göndərilən enerji avadanlıqlarından ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev “X” sosial media hesabında paylaşım edib.

S. Mərdəliyev bildirib ki, Ukraynanın Bakıdakı səfiri Yuri Qusev və Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnikin iştirakı ilə müvafiq avadanlıqlar İrpin şəhərinə təhvil verilib.

M. Kalaşnik də sosial media hesabında paylaşım edərək göstərilən yardıma görə Azərbaycana təşəkkür edib. “Bu, xalqlarımız arasındakı həqiqi həmrəyliyin nümunəsidir”, – Kiyev vilayətinin rəhbəri vurğulayıb.

O qeyd edib ki, Azərbaycan regionun bərpasında uzunmüddətli və etibarlı tərəfdaşdır:

“İrpendə artıq bir sıra mühüm layihələr həyata keçirilib: Zərifə Əliyeva adına 12 nömrəli məktəb bərpa edilib, mərkəzi şəhər xəstəxanası yenilənib, təhsil və ictimai məkanlarda infrastruktur təşəbbüsləri reallaşdırılıb. Dövlətlərarası və regionlararası tərəfdaşlıq çərçivəsində yeni layihələr üzərində işlər davam edir”.

Daha əvvəl Y. Qusev xarici işlər naziri Andrey Sibiqanın “Ukrayna üçün istilik” təşəbbüsü çərçivəsində Azərbaycan vətəndaşlarının Ukraynaya enerji avadanlıqlarından ibarət humanitar yardım göndərdiyi barədə məlumat paylaşmışdı.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sahibə Qafarova: ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir

Next

Milli Məclisin bir qrup deputatı Meksika Senatının sədri ilə görüşüb

Copyright 2026— Praqraf.com. All rights reserved