Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan Bolqarıstanla şəhərsalma sahəsi üzrə əməkdaşlığı müzakirə edib
SİYASƏT

Azərbaycan Bolqarıstanla şəhərsalma sahəsi üzrə əməkdaşlığı müzakirə edib

12 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və Bolqarıstan arasında şəhərsalma, ərazi planlaşdırılması, infrastrukturun inkişafı və memarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Paraqraf.com Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bu müzakirələr komitə sədri Anar Quliyevin Bolqarıstana səfəri çərçivəsində paytaxt Sofiya şəhərində regional inkişaf və ictimai işlər naziri İvan İvanov ilə görüşündə aparılıb.

A. Quliyev Azərbaycan ilə Bolqarıstan arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulayaraq, ikitərəfli əlaqələr baxımından qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi prosesinin davam etdirilməsinin və ortaq layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin əhəmiyyətini qeyd edib.

Nazir İ. İvanov isə öz növbəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirərək, xüsusilə şəhər mühitinin dayanıqlı inkişafı və infrastruktur layihələrinin icrası istiqamətində birgə təşəbbüslərin önəmini vurğulayıb.

Sonda komitə sədri bolqarıstanlı həmkarlarını BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün Bakıya dəvət edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

BMT rəsmisi: Azərbaycanın WUF13-ə böyük maraq göstərməsi göz önündədir

Next

Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Copyright 2026— Praqraf.com. All rights reserved