“TikTok” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı öldürəcəyi ilə hədələyən Corciya ştatının sakini Cauan Raşun Porter 3,5 il müddətinə həbs cəzasına məhkum edilib.
Paraqraf.com-un xəbərinə görə, bu barədə “Fox5” telekanalı məlumat yayıb.
“30 yaşlı Cauan Raşun Porter bazar ertəsi günü üç il beş ay həbs cəzasına, sonra üç il nəzarətə məhkum edilib”, – məlumatda deyilir.
Qeyd olunur ki, istintaq zamanı üzərində sursat və partlayıcı maddələr aşkarlanan şəxs təqsirini etiraf edib. Bundan əlavə, o, əvvəlki bir neçə ağır cinayətinə görə şərti cəza alıb.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
