Samoanın Savayi adasının cənub-qərb sahillərində 5,7 bal maqnitudada zəlzələ qeydə alınıb.
Paraqraf.com-un xəbərinə görə, bu barədə Avstraliyanın Dövlət Geologiya Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri adadan 85 kilometr cənub-qərbdə, 43 mindən çox insanın yaşadığı ərazidə, ocağı 72 kilometr dərinlikdə yerləşib.
İtki və ya dağıntı barədə məlumat verilmir, sunami təhlükəsi barədə elan olunmayıb.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
