Rusiya Ukraynanın Xarkov vilayətinin Bohoduxiv şəhərinə pilotsuz təyyarə ilə hücum edib. Üçü uşaq olmaqla 4 nəfər həlak olub, 35 yaşlı hamilə qadın və 76 yaşlı kişi yaralanıb.
Paraqraf.com xəbər verir ki, bunu Xarkov qubernatoru Oleq Sinegubov bəyan edib.
Xarkovdan qərbdə yerləşən Bohoduxiv şəhərində evə edilən hücumda üçü uşaq olmaqla dörd nəfər həlak olub.
Sinegubov bildirib ki, uşaqlardan ikisi bir, digər ikisi isə bir yaşındadır.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) binanın tamamilə dağıldığını və 60 kvadratmetr sahədə yanğının baş verdiyini bildirib.
Eyni zamanda, Ukrayna qüvvələri gecə saatlarında Rusiyanın cənubundakı Volqoqrad vilayətində sənaye obyektinə zərbələr endirib. Regional qubernator Andrey Boçarov dron hücumu nəticəsində sənaye obyektini əhatə edən ərazidə yanğının baş verdiyini deyib.
O əlavə edib ki, hücum nəticəsində yaşayış binasındakı mənzilə ziyan dəyib, lakin itkilərlə bağlı məlumat verilməyib.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
