Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 11
  • Prokuror məhkəmədə Azər Qasımlıya 13 il həbs cəzası istəyib

Prokuror məhkəmədə Azər Qasımlıya 13 il həbs cəzası istəyib

admin 11 Fevral 2026 2 minutes read
1770794550_screenshot-2026-02-11-112032
PAYLAŞIN:

Prokuror məhkəmədə Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Paraqraf.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı çıxış edib.

Prosesdə vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi fevralın 25-də davam etdiriləcək.

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

İttihama görə, o, zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

İttihamda qeyd olunub ki, A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb.

İttihamda vurğulanıb ki, A.Qasımlı gəlir aşağı düşdüyü üçün Q.Yusifovu günahlandırıb, ondan 45 min ABŞ dolları tələb edib, əks halda, onu, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib.

A.Qasımlı bu yolla zərərçəkmişdən 6 min 800 manat pul almaqda təqsirləndirilib.

İttihama münasibət bildirən A.Qasımlı özünü təqsirli bilməyib.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən dəstə tutulub
Next: İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb

OXŞAR MÖVZULAR

w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

admin 07 Mart 2026
df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

admin 07 Mart 2026
0qNeEe55S8uSrzyl5xBcFL9k0Be2Baaha5IDwnAk_1200

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.