Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Əmrah Həsənli: “11-ci sinif buraxılış imtahanı şagirdləri qorxutmamalıdır”
ELM VƏ TƏHSİLMANŞET

Əmrah Həsənli: “11-ci sinif buraxılış imtahanı şagirdləri qorxutmamalıdır”

11 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

11-ci sinif buraxılış imtahanlarının tarixi artıq ictimaiyyətə açıqlanıb. İmtahan iki zona üzrə 9 və 15 mart tarixlərində keçiriləcək.

Bəllidir ki, həm valideynlər, həm də abituriyentlər imtahandan dolayı həyəcanlıdırlar. Onları ən çox narahat edən məqamlardan biri isə bu il buraxılış imtahanlarının çətinlik səviyyəsinin necə olacağıdır.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”a bildirib ki, buraxılış imtahanlarının tarixinin açıqlanması ilə həm abituriyentlərdə, həm də valideynlərdə həyəcanın artması tamamilə təbiidir:

Əmrah Həsənli: "Yeni dərs ili milli tərəqqimizin və ...

“Çünki 11-ci sinif buraxılış imtahanı təkcə məktəb mərhələsinin yekunu deyil, eyni zamanda ali məktəbə qəbul prosesinin də əsas baza göstəricilərindən biridir. Bu baxımdan, imtahanın çətinlik səviyyəsi ilə bağlı sualların gündəmə gəlməsi tam anlaşılandır.

Amma burada ən vacib məqam odur ki, imtahanın ‘çətin’ və ya ‘asan’ olmasını əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Dövlət İmtahan Mərkəzi hər il eyni proqram və standartlar üzərindən qiymətləndirmə aparır. Yəni əsas məqsəd imtahanı çətinləşdirmək və ya asanlaşdırmaq deyil, şagirdin məktəb proqramını nə qədər mənimsədiyini ölçməkdir”.

Ekspert əlavə edib ki, 2025-ci illə müqayisədə 2026-cı il buraxılış imtahanında fundamental olaraq fərqli yanaşma gözlənilmir:

“Böyük ehtimalla imtahanın ümumi strukturu, tapşırıqların məzmunu və qiymətləndirmə prinsipləri əvvəlki illərdə olduğu kimi qalacaq. Sadəcə, bəzi fənlər üzrə mətnlərin daha analitik seçilməsi və sualların düşünmə, tətbiq etmə bacarığını tələb etməsi mümkündür. Bu isə imtahanın ‘çətinləşməsi’ deyil, şagirdin sadəcə əzbər biliklə deyil, real anlayış və məntiqi düşüncə ilə cavab verməsini tələb edən bir yanaşmadır.

Son illərin ümumi tendensiyası onu göstərir ki, imtahanlar getdikcə şagirdin oxuyub-anlama, məntiqi nəticə çıxarma və situasiyaya uyğun cavab vermə bacarığını ölçməyə fokuslanır. Bu səbəbdən hazırlıq prosesində əsas hədəf təkcə test əzbərləmək deyil, proqramın mahiyyətini anlamaq olmalıdır”.

Sonda Əmrah Həsənli valideynlərə və abituriyentlərə tövsiyələrini verib:

“İmtahanın çətinliyini düşünərək psixoloji gərginlik yaratmaq əvəzinə, son günləri daha düzgün planlaşdırsınlar. Buraxılış imtahanında uğurun əsas açarı sakitlik, düzgün zaman bölgüsü və davamlı təkrardır. Əgər şagird il ərzində mövzuları sistemli şəkildə mənimsəyibsə, imtahanın hansı tarixdə keçirilməsi və ya sualların bir qədər fərqli olması onun nəticəsinə ciddi təsir etməyəcək.

Bir sözlə, 2025-ci illə müqayisədə bu il buraxılış imtahanının kəskin şəkildə daha çətin olacağını söyləmək üçün əsas yoxdur. Əksinə, imtahan yenə də məktəb proqramına uyğun hazırlanacaq və əsas fərq sualların şagirdin real bilik və bacarıqlarını nə qədər ölçə bilməsində olacaq. Bu mərhələdə ən vacib məsələ şagirdin özünə inanması və hazırlığı düzgün davam etdirməsidir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azər Qasımlıya 13 il həbs cəzası istənildi

Next

“Şagirdlərin təhlükəsizliyi və davranış qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib – FOTOLAR

Copyright 2026— Praqraf.com. All rights reserved