Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 11
  • Azərbaycanda ötən ay orta illik inflyasiya 6 %-ə yaxın olub

Azərbaycanda ötən ay orta illik inflyasiya 6 %-ə yaxın olub

admin 11 Fevral 2026 3 minutes read
b315b7d9-2b85-3372-8a70-c66acaad0d36_825
PAYLAŞIN:

Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 7,1 %, qeyri-qida məhsulları üzrə 3,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 % artıb.

Paraqraf.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 1,5 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri bir ayda 1,3 % artıb.

Yanvarda ayrı-ayrı qida məhsullarından daha çox artım makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin, azalma isə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,3 % artıb. Qeyri-qida mallarından daha çox artım parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, “Aİ-92” markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının, azalma isə kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvarda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə dekabra nisbətən 1,9 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji, taksi, bərbərxana, restoran və kafelərin göstərdiyi iaşə xidmətlərinin, azalma isə malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Paraqraf.com 

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.02.2026)
Next: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

OXŞAR MÖVZULAR

47b19b84-23ed-3c2b-978e-bfae3afe79d1_1200

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

admin 24 Aprel 2026
03159a8c-50eb-30f7-bbe5-fdd9ff7666d6_1200

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb

admin 24 Aprel 2026
t7nKIlymyp6NTfEIAa6NNO3ugK1VbhQqXLKXj0ic_1200

Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var oKjWaRsTJAWaMVAE8vNSKh7twZdzBUN0hgt4J1RW_1200

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var

24 Aprel 2026
TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

24 Aprel 2026
Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb 47b19b84-23ed-3c2b-978e-bfae3afe79d1_1200

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

24 Aprel 2026
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb 03159a8c-50eb-30f7-bbe5-fdd9ff7666d6_1200

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb

24 Aprel 2026
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub zppy1uhdtdw57yuucihop652i5herjohujhg1vuz_1200

Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

24 Aprel 2026
Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb t7nKIlymyp6NTfEIAa6NNO3ugK1VbhQqXLKXj0ic_1200

Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.