Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Azər Qasımlıya 13 il həbs cəzası istənildi
HADİSƏ

Azər Qasımlıya 13 il həbs cəzası istənildi

11 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Prokuror məhkəmədə Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Paraqraf.com xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı çıxış edib.

Prosesdə vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi fevralın 25-də davam etdiriləcək.

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

İttihama görə, o, zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

İttihamda qeyd olunub ki, A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb.

İttihamda vurğulanıb ki, A.Qasımlı gəlir aşağı düşdüyü üçün Q.Yusifovu günahlandırıb, ondan 45 min ABŞ dolları tələb edib, əks halda, onu, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib.

A.Qasımlı bu yolla zərərçəkmişdən 6 min 800 manat pul almaqda təqsirləndirilib.

İttihama münasibət bildirən A.Qasımlı özünü təqsirli bilməyib.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Millət vəkili: “Xartiya 907-ci düzəlişin ləğvini zəruri edir”

Next

Əmrah Həsənli: “11-ci sinif buraxılış imtahanı şagirdləri qorxutmamalıdır”

Copyright 2026— Praqraf.com. All rights reserved