“Ukrayna ilə bağlı danışıqların yaxın zamanda bərpa olunacağını gözləyirik”.
Paraqraf.com xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə cari hadisələrlə bağlı açıqlaması zamanı deyib.
Peskov bildirib ki, Fransa ilə müəyyən texniki səviyyədə danışıqlar aparılır. Onun sözlərinə görə, bu təmaslar arzu edilərsə və zərurət yaranarsa, ən yüksək səviyyədə sürətli dialoqun qurulmasına kömək edə bilər.
“Hazırda belə bir istəyin mövcudluğuna dair heç bir siqnal almamışıq. Lakin cənab Makronun Rusiya ilə münasibətlərin qurulmasının zəruriliyi ilə bağlı açıqlamaları diqqətimizi çəkib. Bu cür bəyanatları uzun müddətdir müsbət qiymətləndiririk”, – deyə Peskov qeyd edib.
Kremlin sözçüsü, həmçinin ABŞ ilə Əbu-Dabidə Ukrayna mövzusunda aparılan danışıqlara da toxunub. O bildirib ki, hələlik dəqiq tarix müəyyən edilməyib, lakin bu təmasların yaxın zamanda bərpa olunacağı gözlənilir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
