Region ölkələrinin danışıqlara xoşməramlı yanaşmasını yüksək qiymətləndirdiklərini vurğulayan rəsmi Tehran, Türkiyə başda olmaqla, bütün qonşu ölkələrə göstərdikləri səylərə görə təşəkkür edib.
Paraqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verərkən deyib.
Bekayi bildirib ki, bölgə ölkələrinin danışıqlara ev sahibliyi etmək istəyi və bu istiqamətdə atdıqları addımlar dəyərləndirilir. Onun sözlərinə görə, danışıqların Omanda keçirilməsi qərarı həm əvvəlki təcrübələrə, həm də ABŞ-nin iyun ayında müxtəlif səbəblərdən danışıqlar masasını dağıtması ilə bağlı olub.
“Biz həm keçmiş təcrübələrə əsaslanaraq, həm də müxtəlif səbəblərdən ABŞ-nin iyun ayında danışıqlar masasını dağıtdığı Omanda danışıqların keçirilməsini istədik. Başda Türkiyə olmaqla, bütün qonşularımıza danışıqların asanlaşdırılmasında göstərdikləri səylərə görə təşəkkür edirik”, – deyə Bekayi qeyd edib.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
