Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran Türkiyə və region ölkələrinə təşəkkür etdi
DÜNYA

İran Türkiyə və region ölkələrinə təşəkkür etdi

10 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Region ölkələrinin danışıqlara xoşməramlı yanaşmasını yüksək qiymətləndirdiklərini vurğulayan rəsmi Tehran, Türkiyə başda olmaqla, bütün qonşu ölkələrə göstərdikləri səylərə görə təşəkkür edib.

Paraqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verərkən deyib.

Bekayi bildirib ki, bölgə ölkələrinin danışıqlara ev sahibliyi etmək istəyi və bu istiqamətdə atdıqları addımlar dəyərləndirilir. Onun sözlərinə görə, danışıqların Omanda keçirilməsi qərarı həm əvvəlki təcrübələrə, həm də ABŞ-nin iyun ayında müxtəlif səbəblərdən danışıqlar masasını dağıtması ilə bağlı olub.

“Biz həm keçmiş təcrübələrə əsaslanaraq, həm də müxtəlif səbəblərdən ABŞ-nin iyun ayında danışıqlar masasını dağıtdığı Omanda danışıqların keçirilməsini istədik. Başda Türkiyə olmaqla, bütün qonşularımıza danışıqların asanlaşdırılmasında göstərdikləri səylərə görə təşəkkür edirik”, – deyə Bekayi qeyd edib.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Akif Nağının tarixə dair monoqrafiyası Amerikada çap olundu

Next

Kreml: Ukrayna ilə danışıqların tezliklə bərpasını gözləyirik

Copyright 2026— Praqraf.com. All rights reserved