Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 10
  • Akif Nağının tarixə dair monoqrafiyası Amerikada çap olundu

Akif Nağının tarixə dair monoqrafiyası Amerikada çap olundu

admin 10 Fevral 2026 3 minutes read
1770724804_inshot_20260210_155746882
PAYLAŞIN:

Tarix üzrə fəlsəfə doktoru Akif Nağının “Azərbaycan dövlətinin tarixi (Qədim dövrlərdən erkən orta əsrlərə qədər)” adlı monoqrafiyası ingilis dilində ABŞ-nin Boston şəhərində çapdan çıxıb.

Akif Nağının bundan öncə, 2025-ci ildə 600 səhifəlik “Azərbaycan tarixi (Ən qədim zamanlardan müasir dövrədək)” adlı kitabı çapdan çıxıb və Bostonda çap olunan monoqrafiya bu kitabın bir hissəsidir. Azərbaycan variantına rəy verənlər tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru İsmayıl Musa, İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Şamil Mehdidir.

Ümumiyyətlə bu kitabın müəyyən məqamları tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix üzrə fəlsəfə doktoru Boran Əziz, UNESCO-nun assosiativ professoru Rizvan Hüseynov və digərləri ilə məsləhətləşdirilib.

 

A.Nağı kitab barədə bunları deyib.

“Belə kitablar nəşriyyatın qaydasından asılı olaraq ABŞ Konqresinin kitabxanasına yerləşdirilir. Hələlik bizə kitabın PDF variantı göndərilib və bir neçə müddətdən sonra kağız variantı da göndəriləcək. Ümid edirəm ki, Amerikada yüksək göstəricilərlə çap olunan bu monoqrafiya ingilis dilli oxucular, xüsusilə də tədqiqatçılar üçün əhəmiyyətli olacaq”.

 

Bu nəşr Akif Nağının tam yeni yanaşmasını əks etdirir. Bu həm yeni yanaşmalar, yeni terminlər, həm də Azərbaycan tarixinin dövrləşdirilməsi ilə bağlıdır. Bir məsələni xüsusi olaraq vurğalamaq istəyirik ki, Akif Nağı Azərbaycan tarixini indiyə qədərki yanlış yanaşmalardan, saxtakarlıqlardan təmizləməyə çalışıb.

 

Xüsusilə də Azərbaycan dövlətinin qədim dövrdən beş min il ərzində mövcud olduğuna dair tezisi Akif Nağı vurğulayır və konsepsiyasın bu şəkildə ortaya qoyur ki, bütün dövrlərdə Azərbaycan dövlətinin tarixindən söhbət getməlidir. İngilis nəşrində də tariximizin qədim dövrlərdən erkən orta əsrlərə qədərki müəyyən bir hissəsi əhatə olunur.

 

Akif Nağı hesab edir ki, ən qədim dövrdən bu günə qədər Azərbaycan dövləti mövcud olubdur, Aratta dövləti, Lullubi dövləti, Kuti dövləti, Manna dövləti, Midiya dövləti, Əhəməni dövləti ifadələri yanlışdır. Bunların əvəzinə Azərbaycan dövləti ifadəsi işlədilməli və Aratta sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti, Lullubi sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti, Kuti, Manna, Midiya, o cümlədən, Əhəməni sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti kimi yanaşılmalıdı. Kitabda Azərbaycan adının işlənmə tarixi, etimologiyası ilə bağlı da ən maraqlı və elmə söykənən fikirlər yer alıb.

Loading

Visited 26 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ötən il 35 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Next: İran Türkiyə və region ölkələrinə təşəkkür etdi

OXŞAR MÖVZULAR

IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

admin 24 Aprel 2026
T3kHAuNjFZGCZTbrAbTDj375MACzXQpOEvxYjUpC_1200

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

admin 24 Aprel 2026
jaB346PqiFXvvF3Hq4aYOP5CqlUToTDCITrE3yly_1200

Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var oKjWaRsTJAWaMVAE8vNSKh7twZdzBUN0hgt4J1RW_1200

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var

24 Aprel 2026
TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

24 Aprel 2026
Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb 47b19b84-23ed-3c2b-978e-bfae3afe79d1_1200

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

24 Aprel 2026
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb 03159a8c-50eb-30f7-bbe5-fdd9ff7666d6_1200

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb

24 Aprel 2026
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub zppy1uhdtdw57yuucihop652i5herjohujhg1vuz_1200

Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

24 Aprel 2026
Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb t7nKIlymyp6NTfEIAa6NNO3ugK1VbhQqXLKXj0ic_1200

Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.