Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş “Konstitusiya Kuboku: Qarabağ gənclərinin intellekt liqası” layihəsinin final oyunu keçirilib.
Paraqraf.com xəbər verir ki, layihənin final oyununda 2 tur olmaqla komandalara 36 sual səsləndirilib və yarışma “Nə Harada Nə Zaman” formatında keçirilib. Daha sonra bütün mərhələlərin xalları hesablanıb və qaliblər müəyyənləşdirilib.
Nəticələrə əsasən “Kayzen”komandası- I yer, “Voltax” komandası II yer, “İceberg”komandası isə III yerdə qərarlaşıb. Qalib komandaların üzvləri diplom, medal və kubok ilə təltif edilib.
Qeyd edək ki, Qarabağ Universitetində keçirilən layihənin əsas məqsədi region gəncləri arasında Konstitusiya dəyərlərinin artırılması, ümummilli lider Heydər Əliyev irsinin və ulu öndərin həyat və fəaliyyəti kimi mövzularda gənclərin məlumat bazasını artırmaq və bu məlumatları interaktiv formatda gənclərə aşılamaqdır.
Paraqraf.com
![]()
