Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Lavrov: Ukraynada təhlükəsizliyimizi təhdid edən silahların yerləşdirilməsinə yol verməyəcəyik
DÜNYA

Lavrov: Ukraynada təhlükəsizliyimizi təhdid edən silahların yerləşdirilməsinə yol verməyəcəyik

09 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Tramp dövründə praktikada Rusiyaya təzyiq siyasətindən geri çəkilməyib.

Paraqraf.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TV BRICS” beynəlxalq şəbəkəsinə müsahibəsində bildirib.

“Hələlik praktikada hər şey əksinə görünür: yeni sanksiyalar tətbiq edilir, BMT-nin Dəniz hüququ haqqında Konvensiyasının pozulması ilə açıq dənizdə tankerlərə qarşı “müharibə” aparılır. Bizə deyirlər ki, Ukrayna problemini həll etmək lazımdır. Ankoricidə biz ABŞ-nin təklifini qəbul etdik. Onlar təklif etdi – biz razılaşdıq, deməli problem həll olunmalıdır. Bizim üçün ABŞ-nin mövqeyi vacib idi. Onların təklifini qəbul edərək, biz sanki Ukrayna məsələsini həll etmək və genişmiqyaslı, qarşılıqlı faydalı əməkdaşlığa keçmək vəzifəsini yerinə yetirdik”, – o deyib.

S.Lavrovun sözlərinə görə, Hindistana və digər tərəfdaşlara ucuz, əlçatan Rusiya enerji daşıyıcılarını almağı qadağan etməyə çalışırlar və üç qat baha qiymətə ABŞ-nin mayeləşdirilmiş təbii qazını almağa məcbur edirlər: “Yəni iqtisadi sahədə amerikalılar iqtisadi dominantlıq vəzifəsi elan ediblər”.

O həmçinin bildirib ki, Rusiya Ukraynada Rusiyanın təhlükəsizlik maraqlarını təhdid edən hər hansı silah növünün yerləşdirilməsinə icazə verməyəcək.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

KİV: Ukrayna Aİ-dən əlavə raket kompleksləri istəyəcək

Next

İran parlamentində ABŞ ilə danışıqlarla bağlı qapalı müzakirə keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved