Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İran parlamentində ABŞ ilə danışıqlarla bağlı qapalı müzakirə keçirilib
DÜNYA

İran parlamentində ABŞ ilə danışıqlarla bağlı qapalı müzakirə keçirilib

09 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

İran parlamentində Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Əbdül Rəhim Musəvi və xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə son hadisələr, danışıqlar prosesi, həmçinin ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizlik sahəsində vəziyyətlə bağlı qapalı müzakirə keçirilib.

Paraqraf.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat katibi Abbas Qudərzi məlumat verib.

Onun sözlərinə görə, toplantının məqsədi İranda “diplomatiya və yerlərdə iş”in tamamilə koordinasiya olunması, razılaşdırılması və bir-birini tamamlaması kimi vacib məqamı vurğulamaq idi: “Bu iki anlayışa bir medalın iki üzü kimi baxılır”.

A.Qudərzi əlavə edib ki, görüşdə əvvəlki danışıqlar zamanı buraxılmış səhvləri təkrarlamaqdan çəkinmək xüsusi qeyd olunub:

“Deputatlar vurğulayıblar ki, danışıqlar güc və nüfuz mövqeyindən aparılmalıdır. Ölkənin nüvə sənayesinin qorunması diplomatik qrupun gündəliyində qaçılmaz “qırmızı xətt” olmalıdır. Çünki bu sahə ölkənin gələcəyi üçün həyati əhəmiyyət daşıyır və milli borcudur”.

Mətbuat katibi həmçinin deyib ki, görüşdə İranın uranın sıfır səviyyədə zənginləşdirilməsini qəbul etməyəcəyi, bu məsələnin gələcək nəsillərin yaşamaq hüququ kimi qorunmalı olduğu da vurğulanıb:

“Danışıqların yeri və çərçivəsi tamamilə İran tərəfindən müəyyən edilib”.

A.Qudərzi eyni zamanda bildirib ki, Abbas Əraqçi İranın iqtisadi diplomatiya missiyasına, xüsusilə qonşu ölkələrlə münasibətə laqeyd yanaşmayacağını da söyləyib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Lavrov: Ukraynada təhlükəsizliyimizi təhdid edən silahların yerləşdirilməsinə yol verməyəcəyik

Next

Vens bu axşam İrəvanda Paşinyanla görüşəcək

Copyright 2026— Praqraf.com. All rights reserved