Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/“Hər gedən məmuru söyüb, hər gələn məmurdan möcüzə gözləyəcəyik…”- Razi Nurullayev yazır
ÖZƏLSİYASƏT

“Hər gedən məmuru söyüb, hər gələn məmurdan möcüzə gözləyəcəyik…”- Razi Nurullayev yazır

09 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Bizdə qəribə bir “ənənə” formalaşıb: məmur kreslodan enən kimi qəhrəman “ifşaçılar” ortaya çıxır. 

Dünənə qədər hamı susurdu, bu gün birdən-birə hamı hər şeyi bilir – kimin neçə evi, harada villası, bankda nə qədər pulu var. Sual sadədir: bəs niyə bu sözlər o adam kresloda oturanda deyilmirdi?

O vaxt dillər tutulmuşdu, indi açıldı?

Vəzifədən çıxarılan şəxsləri müzakirə etmək olar, tənqid də olar, bu normaldır, hətta cəmiyyət üçün lazımlıdır. Amma linç kampaniyasına çevirmək, məqsədli şəkildə baltalamaq artıq sağlam tənqid deyil.

Burada istər-istəməz belə təəssürat yaranır ki, bu proses ya kimlərinsə tapşırığı ilə aparılır, ya da hansısa maraqlara xidmət edir. Tənqid ictimai nəzarət üçündürsə, vaxtında və prinsipial olmalıdır. Şifarişli linç isə ədalət yaratmır, sadəcə yeni ədalətsizlik doğurur.

Bu, qətiyyən cəsarət deyil. Bu, gecikmiş qorxaqlıqdır. Vəzifədə olana toxunmayan adamın gedənə hücum etməsi haqqın müdafiəsi yox, fürsətcillikdir. Haqq gec deyiləndə haqq olmur, sadəcə, dedi-qoduya çevrilir.

Ən təhlükəli düşüncə isə budur:

“Qoy köhnə getsin, yenisi gəlsin, bəlkə bizə də bir pay düşdü”.

Bu məntiq rüşvətin də, korrupsiyanın da ana səbəbidir. Kim kreslodan pay umursa, o, kreslonu təmizləyə bilməz. Kim məmurdan xeyir gözləyirsə, qanunun işləməsini istəməz. 

Unutmayaq ki, yeni gələn gündə 24 saat, həftədə 7 gün, ayda 30-31 gün, ildə isə 365-366 gün özündən öncəkinə rəhmət oxutdurur.

Açıq deyək ki, problem şəxslərdə yox, məmurluq anlayışının özündə formalaşmış xəstə vərdişlərdədir. Bu gün kresloda oturan da nəzarətsiz qalanda azır, sabah gələn də eyni yolu gedir. Adlar dəyişir, iş üsulu dəyişmir.

Hamı “islahat” sözünü sevir, amma rüşvət azalmır, əksinə, xırda-xırda deyil, gündəlik, adi hala çevrilir. Vətəndaş rüşvəti verməyə məcbur qalır, məmur da sanki bunu normal davranış kimi qəbul edir. Bu, təkcə bir məmurun problemi deyil, bu, sistemin içinə hopmuş bir xəstəlikdir.

Yıxılana balta çalmaqla rüşvət bitmir. Bir məmuru söyməklə korrupsiya yoxa çıxmır. Sabah onun yerinə gələn də eyni yolu gedirsə, deməli, problem adamda yox, mexanizmdədir. Mexanizm dəyişmirsə, nəticə də dəyişməyəcək.

Ədalət kresloya baxmamalıdır. Məmur kresloda oturanda toxunulmaz, düşəndə linçlənən fiqur olmamalıdır. Qanun hamıya eyni anda işləməlidir. Haqsızlıq vaxtında deyilməyəndə, sonradan deyilən sözün çəkisi olmur.

Cəmiyyət olaraq özümüzü də aldatmayaq. Biz rüşvəti yalnız verəndə pisləyirik, işimiz düşəndə isə “başqa yol yoxdur” deyib eyni oyunun içində yer alırıq. Belə cəmiyyət korrupsiyanı söyə-söyə yaşadır.

Əgər doğrudan dəyişiklik istəyiriksə, cəsarəti vaxtında göstərməliyik. Məmur vəzifədəykən soruşmalıyıq ki, bu səlahiyyəti necə icra edirsən? Bu qərarı niyə belə verirsən? Çəkinmədən soruşa bilmədiyimiz hər sual sabah rüşvətin böyüməsi üçün zəmin yaradır.

Bu ölkədə problem Prezidentin yürütdüyü siyasi xətt deyil. Aşağı-yuxarı bütün ölkələrdə siyasi xətt xalqyönümlü olur. Problem o xətti icra edən strukturlarda məsuliyyətin olmaması, nəzarətin zəifliyi və vicdanın susdurulmasıdır. Bir də cəza sisteminin selektiv olması. 

Siyasət yuxarıda deyilən kimi ola bilər, görünə bilər, o şəkildə məruzə də oluna bilər, amma aşağıda icra edilmirsə və aidiyyəti qurumlar da göz yumursa, onun acısını vətəndaş çəkir.

Biz cəmiyyəti dəyişməliyik. Məmur da dəyişməlidir, vətəndaş da. Yoxsa hər gedən məmuru söyüb, hər gələn məmurdan möcüzə gözləyəcəyik. Möcüzə kreslodan yox, qaydadan doğur.

Razi Nurullayev,
Milli Cəbhə Partiyasının sədri, millət vəkili

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Samuxda evdə 26 yaşlı oğlanın meyiti tapılıb

Next

Səbəbsiz yerə yorulursunuzsa: Bu əlamətlərə DİQQƏT

Copyright 2026— Praqraf.com. All rights reserved