Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalına çəkdiyi xərci 39 %-ə yaxın azaldıb
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 744 min ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
Paraqraf.com Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 38,5 % azdır.
Hesabat dövründə Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 14,3 % artaraq 522 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Çin 147,678 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 29,1 % çox), ABŞ 36,179 milyon ABŞ dolları (16,2 % az) və Bolqarıstan 35,402 milyon ABŞ dolları (38,2 % az) həyata keçirib.
Paraqraf.com
![]()