Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Arvadını məktəbdə döyən kişi həbs edildi
HADİSƏ

Arvadını məktəbdə döyən kişi həbs edildi

09 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Sabirabad rayonunda məktəbdə həyat yoldaşını döyən şəxs həbs edilib.

Paraqraf.com Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.

1980-ci il təvəllüdlü Elçin Vəliyev (ad-soyad şərti verilib – red.) kənd orta məktəbində həyat yoldaşı Nərminəni döyüb.

Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vəliyev özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, arvadı bir necə ay əvvəl yaşadıqları evi tərk edib və atası evinə gedib: “Onun bu hərəkətinə etiraz etdim və kənd məktəbində arvadım ilə mübahisə etdim. Lakin onu vurmadım”.

Zərərçəkmiş Nərminənin sözlərinə görə, məlum hadisə günü, səhər saat 9 radələrində kənd məktəbində əri onun qarşısını kəsib: “Mənim üz nahiyəmə şillə, qarın nahiyəmə təpik vurdu, mənə xəsarət yetirdi. Mən onunla barışmamışam, barəsində həbs növündə cəza təyin edilməsini istəyirəm”.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 20 gün müddətinə həbs edilib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tanış olduğu qızı “qorumaq” üçün nişanlı görüntüsünü yaratdı: Sonra özü şantaj etdi

Next

Samuxda evdə 26 yaşlı oğlanın meyiti tapılıb

Copyright 2026— Praqraf.com. All rights reserved