Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan səfiri BMT-də mina təhlükəsi və keçmiş köçkünlərin qayıdışını gündəmə gətirib
SİYASƏT

Azərbaycan səfiri BMT-də mina təhlükəsi və keçmiş köçkünlərin qayıdışını gündəmə gətirib

07 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Sosial İnkişaf Komissiyasının 64-cü sessiyası çərçivəsində BMT yanında Pakistanın daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən iclasda münaqişələrin yaratdığı ağır sosial nəticələrə diqqət çəkib.

Paraqraf.com xəbər verir ki, səfir bildirib ki, dünyada davam edən münaqişələr cəmiyyətləri və iqtisadiyyatları sarsıdır: “Münaqişələr kütləvi köçkünlüyə səbəb olur, humanitar böhranları dərinləşdirir, sosial inkişaf sahəsində görünməmiş çətinliklər yaradır və zəif iqtisadiyyatlar ilə institutlara ciddi təzyiq göstərir”.

O vurğulayıb ki, Azərbaycan müharibə və işğalın sosial təsirlərini ağır şəkildə yaşamış ölkələrdəndir. 2020-ci ildən sonra hökumət keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı üçün genişmiqyaslı bərpa proqramı həyata keçirir. 2021–2025-ci illərdə bu məqsədlə 13,5 milyard dollardan çox vəsait ayrılıb, hazırda 70 minə yaxın insan azad edilmiş ərazilərdə yaşayır.

Bərpa işlərinin innovativ yanaşmalarla aparıldığını deyən diplomat qeyd edib: “Dağıdılmış şəhər və kəndləri sıfırdan yenidən qururuq. Ağıllı şəhər, ağıllı kənd və yaşıl enerji zonası konsepsiyaları tətbiq olunur”.

Səfirin sözlərinə görə, hökumət 130 mindən çox insana sosial dəstək göstərib, lakin proses minalarla ciddi şəkildə ləngiyir: “Keçmiş işğal olunmuş ərazilərdə təxminən 1,5 milyon mina və çoxlu sayda partlamamış sursat qalır və onlar hələ də insanların həyatına təhlükə yaradır”.

O, həmçinin müharibə nəticəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin naməlum qaldığını xatırladıb və əlavə edib: “Münaqişələrin ağır nəticələri davamlı milli səylərlə yanaşı beynəlxalq əməkdaşlıq və həmrəyliyi zəruri edir ki, heç kəs kənarda qalmasın”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Next

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb

Copyright 2026— Praqraf.com. All rights reserved