Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə ilin yekunları müzakirə edilib
MANŞET

“Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə ilin yekunları müzakirə edilib

06 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

Paraqraf.com bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasa sədrlik edən nazir müavini Samir Vəliyev “Yaşıl enerji məkanı” məqsədinin sosial-iqtisadi inkişaf Strategiyasında mühüm yer tutduğunu və ölkəmizin gələcək inkişaf modelinin əsas sütunlarından biri olduğunu qeyd edib. O, bildirib ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər Azərbaycanın dayanıqlı, ekoloji cəhətdən təmiz və innovativ enerji sisteminə keçidini təmin etməklə yanaşı, qlobal iqlim məqsədlərinə də töhfə verəcəkdir. Samir Vəliyev ötən il üçün planlaşdırılmış 18 tədbirin icra vəziyyətini diqqətə çatdırıb, ümumilikdə Strategiyanın həyata keçirilməsinin müsbət dinamika ilə müşayiət olunduğunu vurğulayıb.

Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər və onların icrasına dair təqdimatla çıxış edib. İclasda hesabata dair rəy və təkliflər dinlənilib, müvafiq qeydlər aparılıb.

“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edəcək

Next

Rəşad Nəbiyev startap nümayəndələri ilə dəstək mexanizmlərini müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved