Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 6
  • Azərbaycan Prezidenti İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib

Azərbaycan Prezidenti İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib

admin 06 Fevral 2026 3 minutes read
zVwLc0Mfi2J42VC0hFz84tHTpzFDPu91zHvRF0Ld_825
PAYLAŞIN:

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Paraqraf.com xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirib.

Dövlət başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu deyib, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirib.

“Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın” deyən Prezident İlham Əliyev Azərbaycanın timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə ilk növbədə İran Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb.

Ölkəmizə İranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğulayıb. O həmçinin qeyd edib ki, İran Prezidenti ölkəmizə, o cümlədən Xankəndiyə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı ölkələr arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafı qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İlham Əliyev İranın müdafiə nazirinə: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
Next: XİN: Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır

OXŞAR MÖVZULAR

IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

admin 24 Aprel 2026
T3kHAuNjFZGCZTbrAbTDj375MACzXQpOEvxYjUpC_1200

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

admin 24 Aprel 2026
jaB346PqiFXvvF3Hq4aYOP5CqlUToTDCITrE3yly_1200

Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Azərbaycanda ailə başçısını itirməyə görə ötən ay 200 minə yaxın şəxs pensiya və müavinət alıb IMG-20260415-WA0029

Azərbaycanda ailə başçısını itirməyə görə ötən ay 200 minə yaxın şəxs pensiya və müavinət alıb

24 Aprel 2026
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib acd4041d-fce7-3614-a47e-76e676c878fb_1200 (1)

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

24 Aprel 2026
FHN Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirib F8UTaLrIHzL4CHthgWoDfsZOljoCTMLcBe8dBGIm_1200

FHN Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində təlim keçirib

24 Aprel 2026
Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var oKjWaRsTJAWaMVAE8vNSKh7twZdzBUN0hgt4J1RW_1200

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var

24 Aprel 2026
TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

24 Aprel 2026
Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb 47b19b84-23ed-3c2b-978e-bfae3afe79d1_1200

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.