Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Şri-Lanka göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlıq edib
SİYASƏT

Şri-Lanka göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlıq edib

05 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın Şri-Lankadakı qeyri-rezident səfiri Elçin Hüseynli bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təşkil edilən bayram tədbirlərində iştirak məqsədilə Kolombo şəhərinə səfər edib.

Paraqraf.com xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində səfir Kolomboda təşkil edilmiş hərbi parad və rəsmi ziyafətdə iştirak edib, Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat (Vijitha Herath), habelə Xarici İşlər Nazirliyində nazir müavini Arun Hemaçandra (Arun Hemachandra), xarici işlər katibi Aruni Ranaraca (Aruni Ranaraja) və digər rəsmilərlə görüşüb.

Görüşlər zamanı Azərbaycan və Şri-Lanka arasında siyasi, iqtisadi-ticarət, enerji, turizm, hava əlaqəsi və təhsil sahələrində ikitərəfli əlaqələrin inkişafına böyük maraq ifadə olunub. Çoxtərəfli formatlarda, xüsusilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə və 2026-cı il mayın 17–22-də Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar daha fəal əməkdaşlığın və mübadilələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Həmsöhbətlər Şri-Lanka vətəndaşlarının Azərbaycanın dövlət təhsil qrant proqramlarında iştirak imkanına, habelə ölkədə baş verən son təbii fəlakət zamanı göstərilən humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına dərin minnətdarlıq ifadə ediblər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər

Next

Azərbaycanın Avropa ölkələri ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə olunub

Copyright 2026— Praqraf.com. All rights reserved