Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Kuba ABŞ-ni təzyiqləri azaltmağa çağırıb
DÜNYA

Kuba ABŞ-ni təzyiqləri azaltmağa çağırıb

05 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Kuba və Birləşmiş Ştatlar ikitərəfli münasibətlərin hazırkı səviyyəsi ilə bağlı məlumat mübadiləsi aparıb, lakin tammiqyaslı dialoq hələ başlamayıb.

Paraqraf.com CNN-ə istinadən xəbər verir ki, bunu Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kosio bildirib.

O qeyd edib ki, Kuba ABŞ ilə məzmunlu dialoqa hazırdır, lakin öz dövlət idarəetmə sisteminin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək niyyətində deyil.

“Biz konstitusiya sistemimizi müzakirə etməyə hazır deyilik”, – de Kosio bildirib.

Onun sözlərinə görə, Kuba ABŞ üçün heç bir təhdid yaratmır, çünki öz ərazisində terrorçuları gizlətmir və heç bir terror təşkilatını dəstəkləmir. De Kosio vurğulayıb ki, Vaşinqtonun Venesuela neftinin adaya tədarükünün qarşısını almaq cəhdləri Kubanın öz yanacaq ehtiyatlarını qorumaq məqsədilə sərt qənaət tədbirləri görməsi ilə nəticələnə bilər.

Nazir müavini əlavə edib ki, dialoq ABŞ üçün məcburetməyə ən yaxşı alternativdir. Bununla yanaşı, o qeyd edib ki, Kuba yalnız qarşılıqlı maraq doğuran mövzular, o cümlədən regional təhlükəsizliklə bağlı danışıqlar aparmağa hazırdır.

“Əgər ABŞ narkotrafiklə mübarizədə əməkdaşlıq etmək istəyirsə, Kuba kömək edə bilər. Biz keçmişdə kömək etmişik və region daxilində trafiklə mübarizədə dəstəyimizi davam etdirə bilərik”, – o söyləyib.

CNN qeyd edib ki, XİN başçısının müavini bu bəyanatı Havanada rejim dəyişikliyinin vacibliyini tez-tez vurğulayan Donald Tramp administrasiyasının adaya təzyiqləri artırması fonunda verib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Putinin xüsusi nümayəndəsi: Ukrayna ilə danışıqlarda irəliləyiş var

Next

Nazir: “Mədəniyyət sahəsində normativ hüquqi baza təkmilləşdirilməlidir”

Copyright 2026— Praqraf.com. All rights reserved